Mənsimov-Abdullayev davası qızışır: İstanbul Prokurorluğu işə qarışdı

25 iyun, 2021 23:31

“Yalıkavak Marina” ilə bağlı məhkəmə prosesləri ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Azsiyasət.com Türkiyənin məşhur “Cümhuriyyət” qəzetinə istinadla xəbər verir ki, prosesə İstanbul Cümhuriyyət Prokurorluğu da qarışıb və məhkəmə qərarına etiraz edib.

“Yalıkavak Marina” prosesi nədir?

Məhkəmə iddiasını azərbaycanlı iş adamı, dünyanın ən zənginlərindən olan Mübariz Mənsimov başladıb. Prosesin mahiyyətində isə bu dayanır: Bodrum Yalıkavakda yatırımlar edən Mübariz Mənsimov 2010-cu ildə “Marina”nı yəhudi əsilli türkiyəli iş adamı Cefi Cozef Kamhidən 42 milyon dollara satın alır.

Eyni vaxtda 620 yaxtanı qəbul edəcək limana da sahib və dünyanın önəmli siyasət və iş adamlarının görüşdüyü yerlərdən olan “Yalıkavak Marina” otel və liman şəbəkəsinin idarəçiyini “Palmali” rəhbəri həmin vaxt işçisi və yaxın adamı sayılan Ələddin Aykoça verir. İdarəetmədə Əli Kamal Çelikten və Mehmet Ercil də yer alır. 2012-ci ildə şirkətin 50 faizi, 2016-cı ildə isə “Palmali” Otel İşləmləri Yatırım və Turizm şirkətinin bütün hissələri “RSR Holdinq”ə verilir. “RSR Holdinq”in sahibi azərbaycanlıların yaxşı tanıdığı, SOCAR-da uzun müddət çalışan, sonradan SOCAR rəhbərinin ailə biznesinin idarəetməsini həyata keçirən Anar Əlizadədir (Anar Əlizadə Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyevin özü və digər oğlanları Nihad və Bədəl də SOCAR-da yüksək vəzifələrdə çalışırlar).

Bir il keçəndən sonra isə M.Mənsimov alqı-satqıda aldadıldığını, otelin dəyərindən qat-qat ucuz satıldığını bildirərək, Palmarina Holdinq və RSR Holdinqi məhkəməyə verir.

Mənsimov “Marina”nın dəyərinin 220 milyon dollar olduğunu, ancaq 31 milyon dollar ödənildiyini bildirir.

İdarəetməyə Mehmet Ağar keçir

“Marina”nı məşhurlaşdıran sabiq daxili işlər naziri Mehmet Ağar olmuşdu. Bodrum Yalıkavak Turizm və Yaxta Limanı Yatırımlarında 2014-cü ildə Mehmet Ağarın oğlu, vəkil Zülfü Tolğa Ağar şöbə müdiri təyin edilir. Bununla da Ağar ailəsinin “Marina”dakı varlığı müzakirəyə çevrilir. Mənsimov FETÖ ittihamı ilə ötən il həbs edilərkən Bodrum Yalıkavak Turizm və Yaxta Limanı Yatırımlarının idarə heyəti sədri vəzifəsinə Mehmet Ağar yiyələnir.

Mənsimovun həbs səbəbi budur?

Məşhur mafioz Sədat Pekər də yaydığı videolarda “Marina”nı gündəmə gətirmişdi. Müzakirələrdən sonra 1 iyunda “Marina” rəhbərliyi Ağarları qurumdan xaric etmişdilər.

Mənsimov isə “Marina”nı geri almaq üçün məhkəmə iddiası qaldırdığı səbəbindən həbs edildiyini iddia etmişdi. Mənsimov məhkəmədə “Marina”nı geri almaq üçün dava açdım. Bütün bunları məhkəmədən imtina etməyim üçün edirlər” demişdi.

Mənsimov məhkəmələri uduzdu

Bodrumda məhkəməni uduzan Mənsimov İstanbul 3-cü Ağır Cəza Məhkəməsində prosesi də 10 gün öncə uduzmuşdu.

Məhkəmə “Marina”nın sahibi Anar Əlizadə, Mənsimovun keçmiş işçiləri Ələddin Aykoç, Əli Kamal Çelikten və Mehmet Ercil haqqında bəraət qərarı vermişdi.

Prokurorluq protest verdi

Bu qərarın ardından isə İstanbul Prokurorluğu prosesi daha yuxarı instansiyada davam etdirmək üçün protest verib.

Prokurorluğun iddiasına görə, ittiham edilənlərə bəraət qərarı verilməsi qanunların pozulmasıdır. Proses daha yuxarı instansiyada davam edəcək.

"Marina" otel-limanı

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"