"Qarabağ məsələsi tam bitməyib" - Akif Nağı

26 iyun, 2021 10:26

QAT sədri : “Vaxtilə bu təşkilatı quranda bizə deyirdilər ki...”

44 günlük II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra gündəmdə ara-sıra müzakirə edilən mövzulardan biri də, Qarabağ adına fəaliyyət göstərən təşkilatların taleyidir. Çoxları düşünür ki, artıq bu problemi həll etmişik, bu adda təşkilatların fəaliyyət göstərməsi düzgün deyil. Amma bunun əksini düşünənlər də var. Belə təşkilatlardan ən parlağının - Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə söhbət etdik.

- Akif bəy, müzakirələrə rast gəlirik ki, Qarabağ azad olunub, Qarabağ Azadlıq Təşkilatının artıq fəaliyyət göstərməyinin əhəmiyyəti qalmayıb...

- Hesab edirəm ki, bu formada danışanlar, sual qoyanlar bəsit düşüncə ilə məsələlərə yanaşırlar. Buna təəssüf edirəm. Söhbət ondan gedir ki, təşkilatlar uzunömürlü, daimi olmalıdır. Müqayisə üçün sizə deyim ki, ötən əsrin əvvəllərində ermənilərin kifayət qədər təşkilatları var idi. Ərazi və digər məsələlərlə bağlı təşkilatlar yaratmışdılar. Azərbaycan da o dövrdə çətin vəziyyətdə idi. Ermənilərin müxtəlif iddialarla, sərsəm fikirlərlə çıxış edirdilər. O zaman “Difai” təşkilatı yaradıldı. Bu təşkilat kifayət qədər işlər gördü. İlyarımdan sonra Barışıq Komissiyası azərbaycanlılarla erməniləri barışdırdı. Bundan sonra “Difai” buraxıldı. Amma ermənilər öz təşkilatlarının fəaliyyətini daha da genişləndirdilər. Sovet dövründə də erməni təşkilatlarının fəaliyyəti dayanmadı. Ötən əsrin 60-cı illərində erməni təşkilatları birgə bəyanat yaydılar ki, sovetlər bizə sərf edir, onlarla işləməliyik. İndi də belə kampaniyaya start veriblər. Söhbət burada Akif Nağıdan getmir. Mən səhəri gün sədrlikdən çıxa da bilərəm, başqası təşkilata rəhbər gələr. QAT-ın ölkə daxilində və xaricində strukturları var. Ad dəyişikliyi ola bilər. Amma şəxsən mən bunun tərəfdarı deyiləm. Tarixilik baxımından ad da qalmalıdır, iş də getməlidir.

Pandemiyadan sonra Ali Məclisin ilk iclasını keçirdik. Sənəd qəbul etdik. Biz 2011-ci ildə hərbi qələbə deyilən model qəbul etmişdik. Qarabağ məsələsinin həlli ilə bağlı öz mövqeyimizi ortalığa qoymuşduq. İndi demək olar ki, bizim ortalığa qoyduğumuz həmin konsepsiya həyata keçirildi. İndi isə tam qələbə deyilən modeli qəbul edirik. Tam qələbə dedikdə Azərbaycanın Qarabağın bütün ərazisində, Zəngəzurun bizə aid hissəsində hakimiyyətinin tam bərqərar olmasından söhbət gedir. Bu gün Qarabağ məsələsi tam bitməyib. Hələ görüləcək işlər həddindən artıq çoxdur. Bir istiqamət Azərbaycan ərazilərində hakimiyyətimizin tam bərqərar olmasıdırsa, digər istiqamət isə, ermənilərin bütün dünyaya II Qarabağ savaşı ilə bağlı yaydıqları olmazın iftiralarının qarşısını almaqdır. Bu da birlik şəklində olmalıdır. Bizim yanaşma belədir.

- Dağlıq Qarabağın azərbaycanlı icması var. Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərqərar olduğunu bəyan edərək, artıq başqa bir adda fəaliyyət göstərdiyini bildirib. Bu addımın QAT-a təsiri ola bilərmi?

- Dediyim kimi, ad da dəyişə bilər. Bu məsələ də müzakirə olunur. Hətta təkliflər də var ki, Azad Qarabağ Təşkilatı adı olsun. Hesab edirəm ki, bu elə də prinsipial məsələ deyil. Dağlıq Qarabağın azərbaycanlı icması özü yanlış olaraq yaranmışdı. O qurumun heç bir fəaliyyəti olmadı. Bunu özlərinə də demişdik. Ad dəyişmək mahiyyəti dəyişmir. Baxmayaraq ki, o dövrdə də büdcədən maliyyələşirdi. Bu icmanın Bayram Səfərov rəhbəri olduğu zamanları yaxşı xatırlayıram. Məlumat var idi ki, həmin təşkilatın ofisinin təmirinə 3 milyon pul ayrılıb. Həmin vaxt Qənirə xanımla telekanalların birində debatda idim. Debatdan sonra Qənirə xanıma dedim ki, 3 milyon pul bir icmaya verilib, halbuki, o icmanın mərkəzi Xankəndində olmalıdır, təmirə heç bir ehtiyac yoxdur. Hətta onu dedim ki, bu maliyyə bizə verilsin, əgər 6 ay ərzində erməniləri Qarabağdan qovub çıxarmasaq, Bakının ən mərkəzi yerlərindən birində bizi asarsınız. Qənirə xanım gülüb dedi ki, elə də asan iş deyil. İndiyə qədər onların fəaliyyətini görməmişik, bundan sonra da necə fəaliyyət göstərəcəklər, özləri bilərlər. Ad dəyişməyin üzərinə düşməyə ehtiyac yoxdur. Doğrudur, dostlardan mənə də sual verirlər ki, nə işlə məşğul olacağıq. Vaxtilə biz bu təşkilatı quranda bizə deyirdilər ki, həlli çox çətin olan bir problemlə əlaqədar təşkilat qurursunuz, biz demokratiya filan məsələləri ilə bağlı təşkilatlar yaratmışıq. Həyat elə gətirdi ki, uzaq görünən milli problemimiz həll olundu. Amma demokratiya Azərbaycana heç yaxınlaşmayıb.

- İkili sual var. Qarabağ azadlığına qovuşub ya yox? Siz necə hesab edirsiniz?

- İşğal altındakı ərazilərimizin böyük hissəsi azad olundu. Bu çox böyük bir hadisədir. Amma bir sıra ərazilərimizdə nəzarətimiz tam bərpa olunmayıb. Tam qələbədən bunun üçün danışmaq olmaz. Onun üçün də Ali Məclisin iclasında tam qələbə modeli qəbul etdik. Hədəfimiz Xankəndidir. Orada bayrağımız dalğalananda, hakimiyyətimiz tam bərqərar olanda, bütün sərhədlərimiz hərbçilərimiz tərəfindən qorunanda tam qələbədən danışmaq mümkün olacaq.

- Belə başa düşdüm ki, QAT Xankəndidə bayrağımız dalğalandığı günə qədər fəaliyyət göstərəcək?

- Hesab edirəm ki, təşkilatımız bundan sonra  da fəaliyyətini davam etdirməlidir. Təşkilat yaratmaq çətin bir məsələdir. 30 ilə yaxındır ki, QAT fəaliyyət göstərir. Bu qədər uzunömürlü təşkilat ölkəmizdə azdır. Paralel olaraq artıq altı ildir ki, Beynəlxalq Qarabağ Forumu da yaratmışıq. Dünyanın müxtəlif yerlərindən bu foruma təşkilatlar daxildir. Hər ay zoom proqramı ilə toplantılarımızı keçiririk, işlər görürük, fəaliyyətimizi genişləndiririk. Ola bilər ki, kimsə görsün, kimsə də görməsin. Təşkilatı yaratmaq çox çətin, amma buraxmaq asandır. Hansısa bir təşkilatı ləğv etmək uçub ciddi əsaslar olmalıdır. İndi elə ciddi bir səbəb görmürəm. Düşünürəm ki, Qarabağı tam azad edəndən, Zəngəzurumuza qayıdandan sonra da ermənilər Azərbaycandan əl çəkməyəcəklər. Necə ki, yüz ildən çoxdur Türkiyədən əl çəkmirlər. Qondarma soyqırımı daim gündəmdə saxlamağa çalışırlar. Ölkəmizə qarşı da belə təzyiqlər bundan sonra da davam edəcək. Bayraqlarını orada-burada qaldıracaqlar ki, guya Qarabağda respublika qurmuşdular, Azərbaycan tərəfi onu məhv etdi. Bütün bunların qarşısında dayanmaq üçün təşkilatlarımız olmalıdır. Özü də o təşkilatların adında Qarabağ daha çox olmalıdır.

- QAT-ın bundan sonrakı fəaliyyəti necə olacaq? Vətən müharibəsinə qədər hədəflər, fəaliyyət məlum idi. İndi Azərbaycan yeni reallıq yaradıb.

- Hədəflərimizin bir hissəsinə çatılıb, amma qalanlar da var. Xankəndidə bayrağımızın dalğalanması hədəflər sırasındadır. Ehtiyac olarsa, bununla əlaqədar aksiyalarımız da olacaq. Ötən ay “Qarabağ dünən, bu gün, sabah” adlı elmi praktik konfransın 20-cisini keçirdik. Bunu hər ay keçirəcəyik. Kitab şəklində bunları çap edirik. Hər istiqamətdə fəaliyyətimiz olub. Bundan sonra bütün hədəflərimizə çatmaq üçün fəaliyyətimizi sona qədər davam etdirəcəyik.

25 avqust

11:49 - ran və Avropa üçlüyü Cenevrədə görüşür - Nüvə razılaşmasında yeni mərhələ başlayır11:47 - Türkiyə-Ermənistan sərhədi açılır? 11:45 - İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi