Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı, hiddətə səbəb oldu

26 iyun, 2021 10:43

Almaniya kansleri Angela Merkel və prezident Emmanuel Makron tərəfindən Rusiya prezidenti Vladimir Putinlə sammit keçirilməsi barədə irəli sürülümüş  təklif ötən gün  Brüsseldə gecənin gec saatlarında qızğın mübahisələrə səbəb olub və İttifaq üzvü olan ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələri liderlərinin ciddi müqaviməti ilə üzləşib. Habelə nüfuzlu Avropa nəşrləri bu təklifi hiddətlə pisləyən redaksiya məqalələri dərc ediblər.

Təklifin əleyhinə olanlar bildiriblər ki, münasibətlərin son dərəcə pis olduğu bir vaxtda Putinlə dialoq Moskvaya yanlış mesaj verə bilər. Avropa İttifaqı sammitinin 25 iyun tarixli bəyanatında deyilir ki, “liderlər Rusiya ilə dialoqun format və şərtlərini araşdıracaqlar”. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı onun marağında olan bəzi sahələr üzrə Rusiya ilə müzaklirələr apara bilər. Burada söhbət ilk növbədə iqlim və ətraf mühit, səhiyyə, İranla nüvə sazişi, Liviya və Suriya kimi məsələlərdən gedir.

Kreml bildirib ki, Avropa İttifaqının Putinlə sammitləri bərpa etməmək qərarından təəssüf hissi keçirir: "Prezident Putin Moskva və Brüssel arasında işlək münasibətlərin bərpasında həmişə maraqlı olub və yenə də maraqlıdır”.

Fransa və Almaniya 2014-cü ildən dayandırılmış Rusiya-Aİ sammitlərinin bərpa olunmasını təklif etmişdilər.Onlar iyunun 16-da ABŞ prezidenti Co Bayden və Putin arasında keçirilmiş Cenevrə sammitini əsas gətirirdilər. Buna baxmayaraq, Rusiya təcavüzündən narahat olan üzv ölkələr, xüsusilə də Estoniya, Litva, Latviya, habelə Polşa və Rumıniya Putinlə dialoqa qarşı çıxıblar.

Rusiya Avropa İttifaqının ən böyük enerji təchizatçısıdır və İranla nüvə razılaşması, habelə Liviya və Suriya kimi Avropanın strateji marağında olan məsələlərdə əsas rol oynayır. Lakin Avropa İttifaqı və Rusiya arasında bir sıra ciddi fikir ayrılıqları var. Bunlar Ukraynanın təhlükəsizliyi və Belarusda insan haqlarının vəziyyəti, habelə Moskvanın xaricdəki seçkilərə müdaxiləsi və Avropada təhlükəsizlik və stabilliyə hədə təşkil etməsi kimi məsələlərdir.

Təklif verənlərin arqumenti

Avropa İttifaqı Rusiya prezidenti ilə sammitləri Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra dayandırıb. Qərb bununla əlaqədar Rusiya üzərinə sanksiyalar qoyub, lakin Ukraynanın şərqindəki münaqişə ocağı hələ də közərməkdədir. Putinlə sammit təklifi verən Emmanuel Makron Brüssel görüşündən əvvəl demişdi:  “Biz Rusiya ilə münasibətlərə dialoqsuz davam edə bilmərik”.

Almaniya kansleri Angela Merkel isə bildirmişdi ki, son ayların hadisələri Rusiya ilə dialoqun zəruriliyini nümayiş etdirib. O deyib: “Bizim Rusiyanın təxribatlarına əlaqələndirilməmiş şəkildə reaksiya verməyimiz kafi deyil”. Merkel qeyd etmişdi ki, Rusiyanın “hibrid hücumlarına” vahid və həmrəy cəbhədən reaksiya verilməsi üçün “mexanizmlər” olmalıdır.

“Bal küpəsi varədə ay ilə dialoq”

Merkel sammitdən sonra deyib ki, onun istədiyi dialoq formatsız da başlana bilər. Almaniyanın Rusiyada nəhəng iqtisadi maraqları var və Berlin Rusiya qazını birbaşa Almaniyaya gətirməli olan Şimal Axını 2 kəmərinin tikintisinin başa çatdırılmasını istəyir.Lakin bu təklifə qarşı çıxan Litva prezidenti Gitanas Nauseda deyib ki, Rusiya davranışlarını dəyişmədən onunla heç bir dialoqdan söhbət gedə bilməz.

Nauseda əlavə edib ki, belə bir sammit “bal küpünü salamat saxlamaq üçün ayı ilə danışıqlar aparmağa” bənzəyərdi. Latviya prezidenti Krisyanis Karins isə deyib ki, diplomatiyanın Ukraynadakı münaqişəyə son qoya bilmədiyi bir vaxtda Rusiyanı dialoqla mükafatlandırmağa dəyməz.

Avopa İttifaqının bəyənatında deyilir ki, Rusiya özünün dezinformasiya, kiberhümlar və İttifaqda ixtilaf yaradılmasına cəhdlər kimi fəaliyyətlərini davam etdirərsə, Moskva üzərinə yeni sanksiyalar qoyula bilər.

virtualaz.org

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"