Paşinyanın partiyası 71 deputat mandat qazandı

27 iyun, 2021 21:30

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası yeni parlamentdə 71 deputat mandatı alacaq. 

Azsiyasət.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyan MSK-nın iclasında bildirib. Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku parlamentdə 29 mandata malik olacaq.

Qeyd edək ki, bu gün Ermənistan MSK növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. “Vətəndaş sazişi” partiyası 53,91 faiz səslə seçkilərin qalibi olub, “Ermənistan” bloku isə 21,9 faiz səs toplayaraq ikinci yeri tutub.