"Elə təəsürat yarandı ki, hər şeyi sanki dronlar həll edir. Xeyr..." - Zakir Həsənov

28 iyun, 2021 16:39

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun Ordu Günü ərəfəsində bəzi telekanallara müsahibə verib.

Azsiyaset.com KİV-lər bundan əvvəl nazirin REAL TV-yə müsahibəsindən fraqmentləri yaymışdılar. İndi isə Zakir Həsənovun CBC Azərbaycan telekanalına rus dilində verdiyi müsahibənin videoyazısı kanalın YouTube hesabında yerləşdirilib. Təxminən bir saatlıq müsahibədə müdafiə naziri 44 günlük Qarabağ müharibəsində pilotsuz aviasiyasının rolundan, Azərbaycan ordusunun həmin müharibədə qazandığı təcrübənin analiz edilməsindən və Ermənistan hərbi-siyasi dairələrindən ara-sıra səslənən revanş çağırışlarına qədər müxtəlif mövzulara toxunub.

Pilotsuz uçan aparatların, o cümlədən “Bayraktar”ların bu müharibədəki rolu haqda danışan nazir deyib ki, əslində məsələyə daha geniş nəzər salmaq lazımdır. Belə ki, Silahlı Qüvvələrin Ali Baş komandanı, prezident İlham Əliyev qarşıya vəzifə qoyarkən ən müasir silahlar və hərbi texnika ilə silahlanmış yüksək peşəkar ordu yaradılması vəzifəsini qoymuşdu.

Zakir Həsənov qeyd edib ki, PUA-lar son illər olduqca sürətlə inkişaf edib və hazırda olduqca geniş spektrdə  döyüş vəzifələrini, o cümlədən artilleriya atəşinin idarə edilməsini, döyüş zərbələrinin endirilməsini yerinə yetirir.

“Bununla belə, mən demək istəyirəm ki, dronlardan başqa Azərbaycan ordusu bir çox digər müasir silahlar da tətbiq etdi. Amma ictimaiyyətə əsasən pilotsuz aparatlardan çəkilmiş görüntüləri təqdim etdiyimizə görə belə təəsürat yarandı ki, bu müharibədə hər şeyi sanki dronlar həll edib. Amma belə deyil. Onu deyə bilərəm ki, döyüş əməliyyatları payız aylarında getdiyi üçün hava tez-tez korlanırdı və bəzən biz pilotsuz aviasiyanı tətbiq edə bilmirdik. Bizim ən müasir tank əleyhinə raketləri, aviasiyamızın silahlanmasında yer alan ən müasir silahlar düşmənə elə zərbə vurdu ki, onlar nəinki yaxın perspektivdə, ümumiyyətlə ən uzaq perspektivdə belə öz hərbi potensalını bərpa edə bilməyəcəklər”,-müdafiə naziri bildirib.

Dronların müharibədəki rolunun həlledici olması barədə fikirlərə münasibəti barədə danışarkən Zakir Həsənov Şuşanın azad edilməsi əməliyyatını xatırladıb. Bildirib ki, həmin günlərdə hava şəraiti pisləşdiyi üçün Azərbaycan ordusu dronlardan istifadə edə bilməmişdi. “Lakin gördüyünüz kimi, biz Şuşanı azad elədik”,-o deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"