Azərbaycanda karantin qaydaları ləğv oluna bilərmi? - Ekspertlər bunu zəruri sayır

29 iyun, 2021 21:00

Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv edilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək. İ. Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq. Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcəyi bildirilir.

Bəs Azərbaycanda da karantin cərimələrinin bir qisminin ləğv olunması mümkündürmü? Nəzərə alsaq ki, pandemiya ölkə iqtisadiyyatına ciddi zərbələr vurub, iş yerləri bağlanıb, əhalinin sosial vəziyyəti pisləşib.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, ötən il büdcədənkənar gəlirlərin məbləği əvvəlki illə müqayisədə artıb. Belə ki, bu məbləğ 596,1 mln. manat məbləğində olub ki, o da 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3 faiz çoxdur.

"Bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib"- deyə, iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır: "Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes suvyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur".

Q.İbadoğlu Gürcüstanda olduğu kimi, Azərbaycanda da həmin cərimələrin silinməsini təklif edir.

Hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya bildirib ki, Azərbaycanda xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin ləğv edilməsində hüquqi problemlər yoxdur.

Onun sözlərinə görə, bunun üçün Milli Məclis tərəfindən ayrıca qanun qəbul edilə bilər: “Lakin indiki halda bununla bağlı hər hansı mesajlar müşahidə olunmur. Yeri gəlmişkən, qeyd edim ki, nəinki xüsusi karantin rejimi qaydalarıın pozulmasına görə cərimələri ləğv edilmir, hətta qanunsuz tətbiq edilmiş cərimələr də ləğv olunmur. Belə ki, 2020-ci il aprelin 1-dən 14-dək Dövlət Yol Polisi (DYP) tərəfindən 18 687 inzibati məsuliyyətə cəlb etmə qərarı tətbiq edilib. Halbuki, həmin dövrdə DYP-nin xüsusi karantin rejiminin pozulmasına inzibati xəta protokolu və inzibati tənbehvermə qərarı tətbiq etmək səlahiyyəti olmayıb. Bu cərimələrin ləğv edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə və Nazirlər Kabinetinə müraciətlər də nəticəsiz qaldı”.

Hüquqşünas hesab edir ki, Gürcüstanda olduğu kimi, daha geniş iqtisadi imkanları olan Azərbaycanda da xüsusi karantin rejimin pozulmasına görə cərimələr tamamilə ləğv edilməlidir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI