Rusiya Ermənistanda yeni hərbi baza qurur - İrəvandan Moskvaya böyük heyət gedib

30 iyun, 2021 00:34

Rəsmi İrəvan və Moskva Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi barədə danışıqlara başlayıblar.

Azsiyasət.com azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bu məqsədlə Ermənistanın müdafiə, xarici işlər, ərazi və infrastruktur idarəetməsi nazirliklərinin, habelə Ermənistan Silahlı Qüvvələri baş qərargahının, Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının və kadastr komitəsinin nümayəndələri iyunun 26-da Rusiya paytaxtına səfər ediblər.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın 23 iyun tarixli qərarında deyilir: “Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclasında Ermənistandakı Rusiya hərbi bazasına torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələsi müzakirə olunacaq”.

Bu da qeyd olunur ki, dövlətlərarası komissiyanın iclası iyulun 1-dək davam edəcək. 14 nəfərdən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyi qoşunlarının yerləşdirilməsi üçün kapital tikinti idarəsinin rəisi, eyni zamanda dövlətlərarası komissiyanın sədri Armen Avetisyan başçılıq edir.

Ermənistan nümayəndə heyətinin yarısını Müdafiə Nazirliyi təşkil edir, lakin nümayəndələrdən əlavə məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, Rusiya-Ermənistan dövlətlərarası komissiyasının iclası iyunun 28-də başlanıb. Bundan bir ay bundan əvvəl, mayın 27-də hökumət müşavirəsində Rusiya Federal Təhlükəslik Xidməti (FTX) sərhəd qoşunlarının yerləşdirilməsi üçün Sünik vilayətində 3.5 hektar torpaq sahəsinin təmənnasız istifadə üçün Rusiyaya verilməsi barədə qərar qəbul olunmuşdu.

Bu da xəbər verilir ki, Rusiya sərhədçilərinə Qafan icmasının Şıxovuz (Şikahoq), Meğri və Tuğ icmalarının Şvinadzor, Karçan, Nüvədi kəndlərindən 7 hektar torpaq sahəsi veriləcək.

Hökumət bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın cənub-şərq sərhədlərinin möhkəmləndirilməsinə ehtiyac var (üçtərəfli bəyanatda konkret olaraq bu barədə heç nə deyilmir – red).

Xatırladaq ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının genişləndirilməsi və ya yeni Rusiya hərbi bazasının yaradılmasına dair söhbətlər çoxdan dolaşır.

Mayın 3-də Milli Məclisdə çıxış edən Paşinyan demişdi ki, müharibəyə qədər və müharibədən sonra Ermənistanın xarici təhlükəsizlik sisteminin əsasını Rusiya-Ermənistan birgə hərbi qruplaşması təşkil edir: “Sünikin təhlükəsizliyi və 102-ci baza barədə məsələ qaldırılıb. Düşünürəm, bu sirr deyildir ki, Sünik vilayətində 102-ci Rusiya bazasının iki yeni dayaq məntəqəsi yaradılıb. Bu yeni dayaq məntəqələrinin yaradılması Sünik vilayətinin və bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatı üçün əlavə qarantiyadır”.

Erməni mediası isə iroaniya ilə yazır ki, Ermənistan-Rusiya hərbi qruplaşmasının olmasının, habelə KTMT-də üzvlüyün Ermənistanı nə dərəcədə effektli müdafiə etməsi 44 günlük müharibənin gedişində bəlli olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"