Alman jurnalistləri gizlicə Qarabağa keçmək istəyirlər - Onların məqsədi nədir?

30 iyun, 2021 11:47

Dünən axşam Azərbaycan tərəfinə Almaniyanın ictimai televiziyası ZDF-in çəkiliş qrupunun bütün gücü ilə  futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək yarımfinalına can atdığı barədə fövqəladə olmasa da, hər halda qəribə görünən niyyətləri məlum olub. Bunlar jurnalist marağının hüdudlarını aşıb keçən  nə niyyətlərdir ki, Bakı istebleşmentinin marağını cəlb etdi?

Redaksiyamıza etibarlı hökumət mənbələrindən məlum olub ki, ZDF telekanalının əməkdaşları bəzi azərbaycanlı həmkarları ilə birlikdə İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş ərazilərə baş çəkmək planları qururlar. İlk baxışdan jurnalistin xoş məramı kimi görünür. Lakin alman jurnalistlərinin niyyətlərində qəribə olanı budur ki, onlar həmin ərazilərə rəsmi Bakıdan xəlvəti, kənar yollarla, jurnalist uğuruna arxayın olaraq keçmək istəyirlər.

Görəsən alman jurnalistləri nəyə görə Qarabağa rəsmi Bakıdan gizlin keçmək istəyirlər?

Hər şey yaxşı olardı, amma bu qeyri-ciddi avantüra Azərbaycan qanunlarına birbaşa ziddir. Əlbətdə ki, ilk növbədə jurnalistlərin özləri üçün təhlükəlidir, axı ştatlı stringerlər erməni qoşunlarının müdafiə istehkamlarından və minalanmış çöllərdən keçməlidir. Azərbaycan blok-postlarının qoyulduğu yeganə təhlükəsiz yollardan keçmək isə baş tutmayacaq. Çünki bunun üçün Azərbaycan hakimiyyətinin sanksiyası lazımdır. Hansı ki, bu icazəni almaq üçün almanlar nəyə görəsə müraciət etməyiblər. Tikanlı məftillərlə əhatələnmiş minalı çöllərə daxil olmaq rasional və qanunpərəst almanların ağlasığan məntiqi ilə heç cür uzlaşmır.

Bizə isə Bakıda bu sualları vermək qalır-nəyə görə almanlar azad edilmiş Qarabağa xəlvəti daxil olmaq istəyirlər? Oda-alov bürümüş bu torpaqlarda alman kameralarının obyektivini cəlb edən nədir? Əgər nüfuzlu ZDF kanalının jurnalistləri öz tamaşaçılarına erməni işğalçılarının vəhşiliklərini və barbarlıqlarını çatdırmaq istəyirlərsə , nəyə görə hər şeyə maraq göstərən bu jurnalistlər onlara yaraşmayan belə hərəkət etmək istəyirlər? Daha asan olmazdımı ki, Azərbaycan hakimiyyətinə müraciət etsinlər və prezidentin özünün saldığı yolla Qarabağın dərinliklərinə, lap Şuşaya, Xankəndinin ətraflarına qədər getsinlər? Görünür hansısa gözəgörünməz əl alman jurnalistlərini qalmaqallı məcaralara və “qışqıran” süjetlərə həvəsləndirir. Jurnalist uğurundan çox, böyük avantüradır.

Üstəlik alman jurnalistlərinin “Barbarossa” planının üzə çıxmasından saatlar əvvəl ZDF kanalına yaxın olan ARD alman telekanalı öz efirində Azərbaycan barədə qərəzli və açıq-aşkar ədəbsiz film nümayiş etdirdi. Görünür ARD estafeti ZDF-ə vermək istəyirdi, bu da Avopa Oyunları ərəfəsində alman siyasi texnoloqlarının olduqca pis filminin ssenarisini xatırladır. Bu kinonu biz bir dəfə görmüşük. Yenə də dəniz haqda! Qəfildən alman KİV-lərinin, o cümlədən aparıcı nəşrlərin səhifələrində oxucular üçün uzaq və maraqsız ölkə Azərbaycan barədə yüzlərlə tənqidi məqalələr dərc olundu. Kampaniya dalğavari gedirdi. Və elə qəfildən və hər hansı izahat verilmədən həmin tənqidlər alman qəzetlərinin səhifələrindən yoxa çıxdı. Alman obıvateli nə qədər baş sındırsa da heç cür anlamadı ki, nəyə görə jurnalistlər hansısa uzaq ölkənin, adı ya Azərbaycan idi, ya Birobican, siyasi həyatının dərinliklərinə baş vurmuşdular?..

Alman şirkəti Oxçuçayı məhv edir

Bir az da dərindən nəzər salsaq lap heyrətamiz məqamlar ortaya çıxar: budur, bir neçə həftədir Bakıda o cümlədən Almaniyadan olan beynəlxalq ekoloqların səs-küylü araşdırmasından sonra alman kapitalının iştirakçısı olduğu qalmaqallı əhvalat böyüməkdədir.  Məlum olub ki, Araz çayının qollarından biri olan Oxçuçaydakı ekosiddə Almaniyanın “Cronimet Holding” adlı iri şirkətinin əli var. Bu şirkət Zəngəzur mis-molibden kombinatının səhmdarıdır. Azərbaycan hökuməti Almaniya hökumətinə, Bundestaqa və “Yaşıllar” partiyasına müraciət edərək alman şirkətinin “Prussiyanın Afrika icması” müstəmləkə dövrünə xas olan, Azərbaycan, İran və erməni xalqlarının gələcəyini, sağlamlığını təhlükə altına qoyan soyğunçuluq əməllərinə dərhal reaksiya verməyi xahiş edib. (Yeri gəlmişkən, “Cronimet Holding”in rəhbəri etnik ermənidir)

Bu qalmaqal Azərbaycan ictimai rəyini hiddətləndirsə də nə Almaniyanın Bakıdakı səfirliyi, nə bu ölkənin Xarici İşlər Nazirliyi və Bundestaqı, nə “Yaşıllar” partiyası heç bir reaksiya vermir. Oxçuçayın çirkləndirilməsinə və azad edilmiş Zəngilan rayonunun ekoloji fəlakət zonasına çevrilməsinə dair azərbaycanlı jurnalistlərin sorğuları qarşısında dəmir sükut nümayiş etdirir. Alman kapitalının maraqları hər şeydən üstündür! Almanlar isə Pasternyakı oxumasalar da, qınayırlar! İnsan haqlarının pozulmasını qınayırlar-ya Azərbaycanda, ya da Birobicanda...

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"