"AŞPA-da Azərbaycana sanksiya qoyulmasına çalışmalıyıq" - Erməni deputat sərsəmlədi

30 iyun, 2021 13:55

“Ermənistan parlamenti AŞPA-ya müvafiq təşəbbüslə müraciət edərək Azərbaycan nümayəndə heyətinin bu strukturdakı səlahiyyətlərinin dayandırılmasını tələb etməlidir”.

Azsiyasət.com “Armenian News”ə istinadla xəbər verir ki, bunu müxalifətçi deputat, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan bildirib.

Onun fikrincə, qanunverici orqanın iştirakı bu təşəbbüsə lazımi ağırlıq və əhəmiyyət verəcəkdir.

“Ermənistan parlamenti də AŞPA-ya müvafiq təşəbbüslə müraciət etməli və bu qurumdakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ləğv edilməsini tələb etməlidir”.