"Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir..." - Qüdrət Həsənquliyev

01 iyul, 2021 12:02

"Əfqənıstanda insanların əksəriyyəti məsələlərə orta əsrlərdə olduğu kimi yanaşır. Hətta orta əsrlərdə Avropada insanlar müasir Əfqanıstanla müqayisədə daha mütərəqqi idi..."

Azsiyasət.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Əfqanıstanı tərk etməsi fonunda bu ölkədə yaranan acınacaqlı durumu - Taliban rejiminin hakimiyyəti tamamilə ələ keçirməkdə olduğunu moderator.az-a şərh edəırkən deyib. 

Onun fikrincə, Əfqanıstanda insanların böyük qisminin davranışının motivasiyasını şüur yox, daha çox qorxu instinkti təşkil edir: 

"Ona görə inkişaf etmiş xalqların orada minimum standartlara cavab verən müasir dövlət qurmaq cəhdləri uğursuzluğa düçar olur. Məhz bu səbəbdən ABŞ da SSRİ kimi həmin ölkəni rüsvayçı məğlubiyyətlə tərk edir. Əsas səbəb olmasa da məğlubiyyətin digər səbəbi dünyanın və regionun böyük dövlətlərinin Əfqanıstan məsələsində ortaq məxrəcə gələ bilməməsidir. İnsanlıq tarixi öyrədir ki, Talibana qalib gəlməyin tək yolu Əfqanıstanda "taliban"dan daha sərt və amansız bir rejimin qurulması ilə mümkün idi.Talibanı tamamilə məhv etdikdən sonra rejimi yumşaltmaq olardı. NATO üzrə müttəfiq dövlətlər isə orada nəzarəti ələ keçirdikləri ilk gündən xalqın sosial inkişaf səviyyəsini və mentaliteti nəzərə almadan demokratik rejim qurmağa cəhd etməklə həm özlərini iflasa məhkum etdilər, həm də əfqan xalqını növbəti dəfə böyük mərhumiyyətlərlə üz-üzə qoydular. Mentalitetin dəyişməsi üçün isə ən azı iki nəsil dəyişməlidir.

Mənim fikrimcə, NATO-nun həll edə bilmədiyi problemi Türkiyə təkbaşına həll edə bilməz. İlk növbədə böyük maliyyə resusları lazımdır ki, bu da Türkiyənin imkanları xaricindədir. Qərb maliyyə dəstəyi boyun ola bilər, amma Suriya qaçqınlarına kömək məsələsində olduğu kimi, verilən sözün tutulacağı az inandırıcıdır. Ona görə Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir. Əfqanları buraxmaq lazımdır təbii inkişaf yolu ilə getsin. Sivil dünya taliban rejimi ilə əməkdaşlıq edib onlara kənardan təsir etməklə onun insani xarakter almasına kömək etməlidir. Zamanı qabaqlamaq cəhdi heç də həmişə uğur vəd etmir".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"