Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) yüzlərlə hökumətə özəl strukturlara hücum etdiyi üzə çıxdı

02 iyul, 2021 08:53

ABŞ və Britaniyanın təhlükəsizlik orqanları Rusiyanın Baş Kəşfiyyat İdarəsi - GRU kimi tanınan hərbi kəşfiyyatının istifadə etdiyi qlobal qaba qüvvə metodlarını ifşa etdiklərini bildiriblər.

İki ölkənin kəşfiyyat strukturları bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata qarşı ziyanlı kiberfəaliyyətində istifadə edir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) iyulun 1-də açıqladığı tövsiyə-hesabatda GRU əməliyyatçılarının kiberhücumlarından bəhs olunur.

Qeyd olunur ki, Rusiya 2016 və 2020-cı il ABŞ seçkilərinə müdaxilə cəhdlərində, 2015-ci ildə Almaniya parlamenti – Bundestaqa və ya Ukraynanın enerji şəbəkəsinə haker hücumlarında bu metodlardan istifadə edib.

Hesabatda Baş Kəşfiyyat İdarəsinin 85 nömrəli Baş Xüsusi Xidmətlər Mərkəzinin fəaliyyəti barədə təfsilatlı məlumat verilir. Qeyd olunur ki, bu mərkəz ABŞ-ı və yüzlərlə beynəlxalq təşkilatları hədəfləyərkən hökumətlər və özəl sektordakı  qurbanlarından ibarət şəbəkəyə sirayət etmək məqsədilə “qaba gücdən” istifadə edib.

Milli Təhlükəsizlik Agentliyinin kibertəhlükəsizlik üzrə direktoru Rob Coys bəyan edib ki, Rusiyanın kiberkampaniyasında iştirak edən hakerlər çox sayda parol variantlarını yoxlayır və beləliklə əsl parolu aşkar etməyə çalışırlar. Coys bu fəaliyyətin hazırda da davam etdiyini ehtimal etdiyini deyib.

Agentlik hesabatında  bildirir ki, Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-ya bağlı əməliyyatçılar həyati əhəmiyyətli şəbəkələrə - Microsoft-un Office 365 bulud xidmətlərindən (cloud services); Google tərəfindən işlənib hazırlanmış “Kubernetes” açıq mənbə alətindən və başqa bulud və elektron poçt ximətlərindən isitifadə ilə müdaxiləyə cəhd göstərirlər.

Hesabatda deyilir ki, bu hücumların hədəfləri sırasına hökumət və hərbiyyə, habelə müdafiə sahəsindəki podratçı şirkətlər , enerji şirkətləri, ali təhsil müəssisələri, logistika və hüquq firmaları, siyasi məsləhətçilər və analitik mərkəzlər daxildir.

ABŞ kəşfiyyatı bildirir ki, hücumlardan qorunmaq üçün “qaba qüvvə cəhdləri” zamanı şübhə yaratmayan “çoxfaktorlu identifikasiyadan “istifadə olunması ən effektiv yollardan biridir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"