Putin Fransanı Qarabağa "pul xərcləməyə" çağırır

03 iyul, 2021 12:58

Ötən gün axşam Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığına dair məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Qarabağ ətrafındakı situasiyanı da müzakirə ediblər.

Belə ki, Vladimir Putin Emmanuel Makronu 2020-ci il  10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmalarının yerinə yetirilməsinin gedişi haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət Rusiya sülhməramlı qüvvələrinin sayəsində stabil olaraq qalır. Son aylarda normal təsərrüfat fəaliyyəti, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün normal zəmin yaradılıb.

Rusiya prezidenti diqqəti avropalı tərəfdaşların, xüsusən də Fransanın döyüş əməliyyatlarından zərər çəkən rayonların əhalisinin humanitar problemlərinin həllinə daha sıx cəlb olunmasının zəruriliyinə yönəldib. “Hər iki tərəf o cümlədən ATƏT-in Minsk Qrupu xətti ilə Dağlıq Qarabaş nizamlanmasının müxtəlif aspektlərinə dair koordinasiyaya hazır olduqlarını ifadə edib”,-məlumatda deyilir.

Makronla Putin arasında bu telefon danışığına dair yayılmış rəsmi məlumatda yer alan bəzi məsələlərə ayrıca toxunmaq lazım gəlir ki, bunlardan biri də Avropa ölkələrinin, xüsusən Fransanın Qarabağda humanitar problemlərin həllinə “daha sıx cəlb olunması” barədə çağırışdır. Bəlli olduğu kimi, Rusiya 10 noyabr üçtərəfli razılaşmasının ardınca Xankəndində humanitar reaksiya Mərkəzi yaradıb (hərçənd üçtərəfli razılaşmada bu barədə heç nə deyilmirdi) və həmin mərkəzin fəaliyyəti Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar problemlərini həll etməkdən ibarətdir. Yəni rəsmi bəyanatlara əsasən bu, belə olmalıdır. Mərkəzdə Rusiyanın müxtəlif hökumət strukturları təmsil olunur. Və bildirildiyi kimi, Rusiya Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan hissəsində humanitar vəzifələrin yerinə yetirilməsinə milyonlarla dollar xərcləməkdədir.

Üçtərəfli bəyanatın imzalanmasının ardınca Rusiya beynəlxalq təşkilatları, o cümlədən BMT-ni də regionda işə başlamağa çağırmışdı. O cümlədən qərb ölkələrini regionda “humanitar məsələlərin həlli işinə” vəsait ayırmağa səsləmişdi. İndi isə belə çağırış Fransaya edilir. Lakin Putinin dediyi kimi, “avropalı tərəfdaşların” hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə birbaşa hansısa yardımlar etməsi və ya orada hansısa humanitar layihələri həyata keçirməsi mümkün deyil, belə fəaliyyət ancaq Azərbaycan üzərindən mümkündür.

Digər məqam isə telefon danışığı zamanı “Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri barədə” qarşılıqlı koordinasiyadır ki, burada da zəruri dəqiqləşdirmələrə ehtiyac var. “Nizamlama” dedikdə burada nə başa düşülür? Əgər söhbət münaqişənin nizamlanmasından gedirsə bu məsələ artıq keçmişdə qalıb və Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, artıq danışılası heç nə yoxdur. O cümlədən ATƏT-in Minsk Qrupunun xətti ilə. Münaqişə hərbi yolla həll olunub və geriyə ancaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə sərhədlərin demarkasiyası və delimitasiyası prosesi qalıb. Və Azərbaycan tərəfi bu məsələdə o cümlədən Minsk Qrupu xətti ilə göstərilən təşəbbüslərə açıqdır.

Virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI