Sarkisyanın müşavirindən sərsəm açıqlama - "Xankəndini İrəvan kimi “erməni paytaxtı”na çevirmək lazımdır"

03 iyul, 2021 16:38

Xankəndini İrəvan kimi “erməni paytaxtı”na çevirmək lazımdır.

Azsiyasət.com xəbər verir ki, bunu Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan deyib.

“Kim deyir ki, ümumerməni strukturlarının mənzil qərargaha İrəvanda yerləşməlidir? Niyə onların bir hissəsi Xankəndiyə köçürülməməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bu, Ermənistanda hakimiyyətdə olanların bəzilərinin Azərbaycan ərazilərini faktiki olaraq yenidən işğala çağırışıdır. Erməni rəhbərliyi 30 illik işğal siyasətinin Ermənistanı və erməniliyi məhv etdiyini dərk etmir./Axar.az