Azərbaycanla Ermənistan yenə Rusiyanın vasitəçiliyi ilə anlaşdı

04 iyul, 2021 01:26

Ermənistan-Azərbaycan münaqişəsinin yekun nizamlanması işində bu gün iyulun 3-də daha bir mühüm hadisə baş verdi. Ermənistan hakimiyyəti Zəngilan və Füzuli rayonlarının minalanmış ərazilərinin xəritəsini Azərbaycana təqdim etdi. Cəmi bir neçə həftə əvvəl, Ermənistandakı parlament seçkilərinə sayılı günlər qalmış ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin vasitəçiliyi ilə Ermənistan hökuməti Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini vermişdi. Söhbət 97 minə yaxın tank və piyadalar əleyhinə minalardan gedirdi.

Bu sülhməramlı aksiyanın həyata keçirilməsindən sonra belə sual meydana çıxmışdı-nəyə görə Qarabağda 10 noyabr üçtərəfli bəyanatı əsasında demilitarizasiya prosesi münaqişənin başa çatmasını nəzərdə tutan sülh müqaviləsinin əsl qarantı olan Rusiyanın deyil, Qərbin vasitəçiliyi ilə baş verdi? Ancaq daha sonra məlum oldu ki, məhz Paşinyan amerikalı diplomatla görüşündə rayonlardan birinin minalanmış ərazilərinin xəritəsini Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir hissəsinin əvəzində təhvil verməyə hazır olduğunu bildirib. Bu dəfə isə, haqqin.az saytına diplomatik qaynaqlardan məlum olub ki, Azərbaycana minalanmış ərazilərin xəritəsinin verilməsinə dair danışıqlarda vasitəçi Rusiya, konkret olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov olub.

Yeni razılaşmanın əldə olunmasında Rüstəm Muradov böyük rol oynayıb...

Rusiyanın diplomatik səyləri nəticəsində Azərbaycan iki rayonunun minalanmış ərazilərinin xəritəsini əldə edib. Söhbət Ermənistan işğalçı qüvvələrinin Azərbaycanla “bufer zonası” boyu basdırdığı 92 minə yaxın minadan gedir.

Azərbaycan lideri İlham Əliyev yenidən siyasi ustalıq və diplomatik üstünlük nümayiş etdirdi, bu yaxınlarda başa çatmış müharibənin öldürcü nəticələrinin aradan qaldırılmasına yönəlmiş daha bir addım atdı. Nəticədə Bakı düzənlik Qarabağın bərpası və dirçəldilməsi işini sürətləndirmək üçün kart-blanş əldə etdi.

Beləliklə, ən yaxın zamanlarda, minaların təmizlənməsinin başa çatdırılmasından sonra hökumət azad edilmiş ərazilərdə şəhərləri və yaşayış məntəqələrini fəal şəkildə bərpa edəcək, şaxələnmiş infrastruktur yaradacaq,  bununla da azərbaycanlıların azad olunmuş üç iri rayona qaytarılmasını təmin edəcək. Üstəlik bu diplomatik sövdələşmə indiki və gələcək nəsil on minlərlə azərbaycanlıların həyatını xilas etdi. Əks halda minalanmış çöllərin təmizlənməsi üçün on illərlə vaxt lazım gələrdi.

Bu mühüm razılaşma göstərdi ki, Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli bəyanatı həyata keçirmək niyyətindədir.

Əvəzində isə Azərbaycan müharibənin başa çatmasından sonra tutulan 15 erməni hərbçisini qaytardı. Əməkdaşımızın da yaxından izlədiyi məhkəmə prosesi zamanı aydın oldu ki, saxlanılan erməni hərbçilərinin böyük hissəsi erməni hərbi qruplaşmalarının törətdiyi hərbi cinayətlərdə iştirak etməyiblər. Bu erməni gəncləri öz hökumətlərinin işğalçı siyasətlərinin qurbanı olublar. Məhkəmə önünə çıxarılmış bu ermənilərdən bir çoxunun səmimi şəkildə etiraf etdikləri kimi, onların seçim haqqı yox idi. Yerevanda onlara heç kim bu haqqı verməmişdi. Müttəhimlər kürsüsündə peşəkar yırtıcı-döyüşçülər yox, hərbi komissarlıqların çağırdıqları, hərbi hazırlıq keçmədən tələm-tələsik Qarabağa göndərdikləri sadəlövh çağırışçılar dayanmışdı. Onlar işğalçılıq təbliğatının təsiri altına düşüblər və müharibənin başa çatmasından sonra Azərbaycan ərazilərinə gətiriliblər.

Keçən dəfə olduğu kimi, bu dəfə də Azərbaycan hökuməti minalanmış ərazilərin xəritəsinin verilməsi ilə hərbi cinayətlər törətməmiş erməni hərbçilərinin azad edilməsini bir-birinə bağlamır. Rəsmi Bakı beynəlxalq humanizm prinsiplərindən və xoş məramdan çıxış edir.

Mühüm qənaət: Ermənistandakı parlament seçkilərində 10 noyabr üçtərəfli bəyanatının icra edilməsinin tərəfdarı olan qüvvənin qalib gəlməsi Azərbaycan üçün hərtərəfli sülhün əldə edilməsi baxımından yeni perspektivlər açıb. Belə görünür ki, Qarabağın demilitarizasiyasının, erməni hərbi əsirlərinin qaytarılmasının və minalanmış ərazilərin xəritəsinin verilməsinin ardınca tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat yollarının açılması üçün də fəal müzakirələrə başlayacaqlar. Cənubi Qafqazda çoxdan gözlənilən sülhün əlamətləri görünür. Azərbaycan və Ermənistan daha bir neçə mühüm qərar qəbul etməlidir. Və nəhayət Böyük siyasi razılaşma-yekun sülh müqaviləsi imzalamalıdır. Bu prosesin inkişafındakı başlıca amil isə budur-bütün geosiyasi oyunçular, həm ölkələrin hökumətləri, üstəlik xalqları regional təhlükəsizlik sisteminin təxirə salınmadan , tezliklə yaradılması ümidi ilə konsolidə edilmiş mövqe nümayiş etdirirlər. Əsrlik düşmənçiliyi arxada qoymaq, hər şeyi yenidən başlamaq lazımdır...

Virtualaz.org

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR