Ağ Ev "Zəngəzur koridoru"na görə hərəkətə keçir

07 iyul, 2021 09:27

“Zəngəzur koridoru”ilə bağlı dəfələrlə yazmışam. Xüsusən qeyd etmişəm ki, bu koridor Dağlıq Qarabağ məsələsindən daha önəmlidir. Əlbəttə, mən başa düşürəm ki, bu fikir ictimaiyyət arasında o qədər də rəğbətlə qarşılanmır. Azərbaycan insanı hələ ki, bu koridorun ölkəmizə hansı üstünlüklər və hansı status verəcəyinin fərqində deyil.

“Zəngəzur koridoru”nun önəminə bir daha diqqət çəkmək üçün Amerika mətbuatında gedən bir məqalədən söhbət açacağıq.

Söhbət “The National Interest” jurnalında çap olunmuş “Armenia Can Stop Iran’s New South Caucasus Foothold” (Ermənistan İranın Cənubi Qafqazda yeni dayaq nöqtəsi yaratmasının qarşısını ala bilər) məqaləsindən gedir.

Öncə “The National Interest” jurnalı haqqında qısa məlumat verib. Bu jurnal 1994-cü ildə Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) Riçard Nikson tərəfindən qoyulub. Amerikanın beyin mərkəzlərindən biri kimi tanınır. Jurnalın ana xəttini “the West and the rest” (Qərb və yerdə qalan dünya anlamını verir) ideyası təşkil edir. Yəni, bu beyin mərkəzinin əsas qayəsi Qərbin maraqlarının müdafiəsidir. Təbii ki, onlar Qərb deyəndə daha çox Amerikanı nəzərdə tuturlar. Daha bir məqama toxunum. Bu jurnalda anti-Türkiyə və anti-Azərbaycan mövqeyindən yazılmış məqalələrlə tez-tez qarşılaşmaq olar. Müvafiq olaraq “The National Interest” Ermənistana xüsusi simpatiya sərgiləyir.

Yuxarıda adını vurğuladığımız məqalədə isə Ermənistana yanaşma xeyli fərqlidir. Bu fərq də Amerikanın maraqlarından doğur. Məqalədə söhbət ondan gedir ki, Azərbaycan “Zəngəzur karidoru”nun (onlar Naxçıvan koridoru adlandırırlar) açılmasında maraqlıdır. Ancaq Ermənistan bu işə o qədər maraq göstərmir. Belə olduğu təqdirdə nə baş verə bilər? Məqalənin müəllifi Wes Martin yazır ki, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Bu isə İrana böyük üstünlüklər vəd edir. Belə ki, rəsmi Tehran bu koridor vasitəsi ilə Cənubi Qafqaza təzyiq mexanizmi əldə edə bilər və üstəlik, dünya iqtisadi məkanına inteqrasiya imkanı qazanar.

Müəllif əmindir ki, belə bir perspektivin həyata keçməsinə imkan vermək olmaz. Xüsusən İbrahim Rəisi kimi mühafizəkar birisinin prezident seçildiyi İrandan belə bir strateji önəmi olan koridorun keçməsi Qərb üçün arzuolunan deyil. Müəllif deyir ki, İbrahim Rəisi hakim kimi 1988-ci ildə İranda gizli şəkildə edam edilmiş 30 min siyasi fəalın qətlində əsas rollardan birini oynayıb.

Müəllif yazır: “Ancaq sanksiyalar və təcridetmə siyasətinin ağırlığı altında qalan yeni rəhbərlik və İran Cənubi Qafqazda “xilas kəməri” əldə edə bilər. Bəlkə də Ermənistan fərqinə varmadan sanksiyalar altında boğulan İrana Cənubi Qafqazda “xilas kəməri” ata bilər. İrəvana təsir gücünə sahib olan Amerika bu perspektivin qarşısını nəyin bahasına olursa olsun almalıdır”.

Bu nə deməkdir? Açıq şəkildə bildirilir ki, Azərbaycan “Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasında maraqlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Azərbaycan bu koridoru İran üzərindən də aça bilər. Dolayısı ilə bu həm də o deməkdir ki, Azərbaycan iqtidarı bu variantı da nəzərdən keçirir. Bu isə Amerikanın maraqlarına qətiyyən uyğun gəlmir. Və ABŞ təsir imkanına malik olduğu Ermənistana İrana “xilas kəməri” atmağa imkan verməməlidir. Bu həm də onun etirafıdır ki, “Zəngəzur koridoru” Amerikanın da maraq dairəsindədir.

Müəllif qeyd edir ki, Nikol Paşinyan seçki ərəfəsində verdiyi bəyanatların birində deyir ki, o, heç vaxt “Zəngəzur (Naxçıvan) koridoru”nun açılmasına imkan verməyəcək: “Baxmayaraq ki, üçtərəfli anlaşmada kommunikasiyaların açılmasının vacibliyi xüsusi ilə vurğulanır”.

Müəllif bildirir ki, koridorun İran ərazisindən keçməsi həm də Azərbaycanla gələcək danışıqlar zamanı Ermənistanın mövqelərinin daha da zəifləməsinə səbəb olacaq.

Hazırda Azərbaycanın Naxçıvana və Türkiyəyə Gürcüstan üzərindən çıxdığını yazan müəllif deyir ki, İrandan keçəcək dəmir yolu xətti Azərbaycan üçün o qədər də cəlbedici görünmür: “Ən əlverişli yol köhnə yolun bərpasıdır. O yol isə Ermənistandan keçir”.

Ancaq bu yola olan maraq Ermənistanın barışmaz mövqedə olması səbəbindən zəifləyir və rəsmi Bakını İran variantı üzərində düşünməyə vadar edir. Bu, həm də Ermənistanın gələcək regional iqtisadi münasibətlərdən kənarda qalması deməkdir. İrana isə əvvəl itirdiyi yerdə yeni təsir imkanı verir.

Məqalədə bildirirlir ki, İran Cənubi Qafqazı öz ərazisi sayır. Ancaq 44 günlük müharibədə Türkiyə və Rusiya Azərbaycan və Ermənistanla birlikdə bölgədə əsas oyunçu kimi göründü. İran isə sanki yatıb yuxuya qalmışdı. Azərbaycanı Naxçıvanla birləşdirə biləcək dəmir yolunun İrandan keçməsi rəsmi Tehrana əldən verdiyi mövqeyi geri almağa şərait yaradacaq.

Müəllifin gəldiyi son qənaət belədir ki, Cənubi Qafqazın çiçəklənməsi Ermənistandan keçməli olan koridora bağlıdır. Ancaq Ermənistan buna imkan verməsə, Bakı İrandan keçəcək dəmir yoluna qərar verməli olacaq. Asiya-Sakit Okean hövzəsindən Avropaya və əks istiqamətə malların bu koridor üzərindən daşınacağını qeyd edən müəllif yazır: “ Bu kimi səbəblərdən Amerika Ermənistana öz iqtisadi gələcəyi və regional təhlükəsizliyi üçün təzyiq etməlidir”.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR