“Erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq”

07 iyul, 2021 12:58

Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində atəş açılması nəticəsində hərbi qulluqçumuz Sakit Dadaşovun yaralanması Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb.

Azsiyasət.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni şərh edərək bildirib ki, Qarabağda – Ağdam istiqamətində azərbaycanlı hərbçiyə atəş açılması deməkdir ki, müharibədə məğlubiyyət erməni separatçılarına dərs olmayıb və onlar cinayətlərinə davam etməyə hazırdılar:

“Bu o deməkdir ki, bölgədəki rusiyalı hərbçilər nə erməni separatçılarını tərksilah edəcəklər, nə də onların cinayətlərinə mane olacaqlar. Bu o deməkdir ki, Qarabağda yenidənqurma və inşaat işlərində çalışanlar üçün də təhlükə var. Bu o deməkdir ki, gələcəkdə Qarabağa köçürüləcək soydaşlarımızı təhlükə gözləyir. 1980-ci illərin ortalarında da erməni separatizmi oxşar ssenari ilə başlamışdı, ermənilər Xankəndidəki SSRİ hərbi bazalarından əldə etdikləri silahlar hesabına kəndlərimizə hücumlar təşkil etdilər və daha sonra işğalı həyata keçirdilər”.

E.Şahinoğlu qeyd edib ki, bütün bunların qarşısının alınmasının yeganə yolu Qarabağdakı erməni separatçılarının tamamən tərksilah olunmasından keçir: 

“Ermənistanla sərhəddə insidentlər tez-tez baş verir, bu təxribatlara alışqanıq və qarşısını alırıq. Ancaq bu dəfə atəşkəs Azərbaycanın içərisində pozulub və bu bizim üçün daha mürəkkəb vəziyyətdir. Çünki atəş açılan əraziyə nəzarət etmirik. Rusiya hərbçiləri artıq 7 aydan çoxdur ki, Qarabağdadırlar və onların erməni separatçılarını tərksilah etmək planları yoxdur, çünki Moskvadan müvafiq təlimat almayıblar. Belə bir təlimatın gələcəkdə olacağı şübhə doğurur. Demək, özümüz erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq, başqa alternativimiz yoxdur. Belə görünür ki, Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindən də nəticə gözləyə bilmərik. Bu mərkəz sadəcə, Cənubi Qafqazda Rusiya ilə Türkiyə əməkdaşlığının modelidir. Ancaq bizə bu azdır. Azərbaycan cəmiyyəti nəticə gözləyir. Müharibədə ona görə qələbə çalmadıq ki, erməni separatçıları silahlarını yenə də bizə tuşlasınlar”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"