ABŞ-ın Əfqanıstandakı hərbi missiyası nə vaxt bitəcək? - Bayden açıqladı

09 iyul, 2021 00:32

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

Azsiyaset.com xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

C.Bayden bildirib:

"ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək - bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək".

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.