"Socar New Energy" Ukraynada "Glusco" yanacaqdoldurma stansiyaları şəbəkəsini alır - Sövdələşmə başa çatıb

10 iyul, 2021 10:22

Ukraynada “Glusco” yanacaqdoldurma stansiyalarının yeni sahibi Kiprdə qeydiyyatdan keçmiş “Socar New Energy Ltd” (SNE) şirkəti olacaq. Bu haqda enkorr.ua Azərbaycanın neft dairələrindəki mənbələrə istinadən bildirir.

“Bu sövdələşmə üçün strukturu seçməyə uzun vaxt getdi, sonra “Socar New Energy “ şirkətinin üzərində dayandılar”,-Azərbaycandan olan neft-treyder strukturunun top-meneceri (adı açıqlanmır,-red.) bildirib. Onun sözlərinə görə, sövdələşmə “Glusco Energy” şirkətinin səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutur və bu haqda yaxın vaxtlarda Kipr şirkətinin qeydiyyat sənədlərində qeydlər əksini tapacaq.

“Sövdələşmə artıq başa çatıb”,-mənbə bildirib.

Bununla belə, Socar New Energy Ukraynada işləmək üçün bu ölkənin Antiinhisar Komitəsinin icazəsini almalıdır. Avropa qanunvericiliyinə görə, şirkət həm də SOCAR-ın fəaliyyət göstərdiyi Gürcüstan, Türkiyə və daha bir neçə ölkənin antiinhisar orqanlarının razılığını formal da olsa, əldə etməlidir.

“Ukraynanın Antiinhisar Komitəsinə ərizə yaxın on gün ərzində, iyulun ikinci ongünlüyündə təqdim ediləcək”,-mənbə deyib.

“Glusco” yanacaqdoldurma stansiyaları şəbəkəsi Rusiyanın “Rosneft” dövlət şirkətinin parakəndə satış biznesinin bazasında formalaşdırılıb. 2016-cı ildə şəbəkəni “Proton Energy Group S.A.” beynəlxalq treyder şirkəti özünün “Glusco Energy S.A” törəmə şirkəti vasitəsilə alıb. Hazırda şəbəkəyə 126 yanacaqdoldurma stansiyası və 6 neft bazası daxildir. Şirkət habelə Kiyevin “Borispol” və “Kiyev” aeroportlarında təyyarələrə yanacaq doldurur.

2021-ci il martın ortalarında “Proton Energy Group” bildirdi ki, “Rosneft” Ukraynaya yanacaq təchizatını məcburi dayandırıb. Aprel ayında isə “Coral Energy” treyder şirkəti “Rosneft” yanacağının Ukraynaya yeni ixracatçısı olacağını açıqlamışdı. Lakin may ayında SOCAR “Rosneft”lə müqavilə bağladığını elan etdi və həmin ayın sonundan etibarən Ukraynaya yanacaq təchizatına başladı. Şirkət “Rosneft”lə bu sövdələşmə üzrə müqavilə bağlamaq üçün xüsusi olaraq “Socar New Energy” törəmə şirkətini təsis edib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"