SOCAR-la Pakistan arasında 220 milyon dollar söhbəti - Dost ölkə Bakının təklifinə cavab vermir

12 iyul, 2021 10:48

Azərbaycanın dövlət neft şirkəti SOCAR Pakistan hökumətinin şirkət tərəfindən bu ölkəyə ümumi məbləği 220 milyon dollardan çox olan iki güzəştli kredit xəttinin açılması barədə təklifinə hələ də cavab verməməsindən məyusluq ifadə edib. Həmin kreditin əvəzində SOCAR Pakistana neft və sıxılmış qaz təchiz etməliydi.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Pakistanın ingilisdilli “Dawn” nəşri yazır.

Məlumatlı mənbələr nəşrə deyiblər ki, Pakistanın Bakıdakı səfiri Bilal Heyi öz ölkəsinin hökumətini “məsələni iki ölkə arasında dost münasibətlərinə kölgə salmayacaq şəkildə yoluna qoymağı” tövsiyə edib.

Bu ilin yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistana səfəri zamanı iki ölkə hökumətləri razılaşıblar ki, neft-qaz sektorunda SOCAR-ın iştirakı hesabına ikitərəfli əməkdaşlıq möhkəmləndirilsin.

Azərbaycan tərəfinin təklifinə əsasən “Socar Trading” şirkəti (SOCAR-ın kommersiya bölməsi) mart ayında “Pakistan State Oil” (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətlərinə neft məhsullarının və sıxılmış qazın təchizatına dair rəsmi təklif göndərib. Təchizata görə ödəmə isə  SOCAR-ın dövlət qarantiyası olmadan Pakistan tərəfinə ayıracağı güzəştli kredit hesabına baş verməliydi.

Təklifə əsasən Pakistan tərəfinə 120 milyon (neft)  və 100 milyon dollar (sıxılmış qaz) olmaqla iki kredit xəttinin (60 gün müddətində qaytarılmaqla) açılması nəzərdə tutulur. SOCAR-ın baş əməliyyat direktoru Toğrul Köçərli Pakistanın səfiri ilə əlaqə saxlayaraq bu təklifə indiyədək niyə cavab verilməməsinin səbəbini soruşub. Amma səfir deyib ki, Pakistanın baş nazirinin neft və energetika üzrə köməkçisi Tabiş Goharla əlaqə saxlasa da cavab ala bilməyib.

SOCAR-ın təqdim etdiyi diplomatik notada Köçərli Pakistan tərəfinin təkliflə bağlı “uzunmüddətli sükutundan” məyusluq ifadə edir. Notada bildirilir ki, SOCAR hələ də qardaş Pakistanla energetika sahəsində əməkdaşlıq etməyə hazırdır, amma mart ayında verilmiş təklif cavabsız qalır.

Səfir isə hökuməti məlumatlandırıb ki, Pakistanın ən yaxın dostlarından olan Azərbaycan bu təklifi irəli sürməklə xoş məram və hörmət nümayiş etdirib və iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün bir sıra təşəbbüslər də irəli sürüb.  Ona görə də səfir SOCAR-ın verdiyi təklifin Pakistanın milli maraqları və ehtiyacları çərçivəsində dəyərləndirilməsini tövsiyə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"