Bakı və İrəvan arasında sülh danışıqları: "Vasitəçi bu iki ölkə olacaq" - MÜSAHİBƏ

13 iyul, 2021 01:00

“Azərbaycan bu günədək təkcə işğaldan yox, həm də vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərin ikili və üçlü standartlarından və xristian təəssübkeşliyindən əziyyət çəkib. Bölgədəki proseslərə obyektiv yanaşma olsaydı, bu problem çoxdan həllini tapmışdı və iki ölkə arasında yaxın qonşuluq münasibətləri qurulmuşdu. Amma Minsk qrupuna həmsədr olan dövlətlər nizamlanma və sülhyaratma prosesinə heç bir töhfə vermədilər”.

Azsiyaset.com politoloq Qabil Hüseynlinin teleqraf.com-a verdiyi müsahibəsini təqdim edir:

- ABŞ, Rusiya və Fransa səfirləri niyə Şuşaya gəlmədi, bu imtina qərarının arxasında hansı məqamlar var?

- Bu, çox məkrli bir addımdır. Mən onların Şuşaya getməkdən imtina etmələri üçün heç bir səbəb görmürəm. Yəni hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır, 44 günlük Vətən Müharibəsində işğalçı erməni qoşunlarının ərazilərimizdən çıxarılmasını müdafiə edir. Beləliklə, sanki Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə razılıq bildirirlər. İndi bilmirəm: Şuşaya getməkdən imtina etmək lovğalıqdır, yoxsa bunun arxasında siyasi səbəblər gizlənib? Bu qənaətdəyəm ki, hər üç səfir siyasi amilləri əsas götürərək Şuşaya getmədi. Bunu da subeyktiv olaraq yox, təmsil etdikləri dövlətlərdən aldıqları təlimatlar əsasında həyata keçiriblər. Bu, xoşagəlməz və bölgədəki proseslərin inkişafına mənfi stimul verəcək addımdır. Ermənilər onların bu addımlarından özləri üçün qəanət hasil edə bilərlər. Beləliklə, bölgədə sülhyaratma prosesinə müəyyən əngəllər yaradıla bilər.

Biz onların Şuşaya getməkdən imtina etmələrindən əndişələnmirik. Çünki prosesləri diktə edən Azərbaycan tərəfidir, müharibənin qalibi də bizik. Üstəgəl, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni bu üç nəfərin demarşı heç nəyi dəyişdirməyəcək. Azərbaycan Prezidenti Şuşa səfərinə qədər çox müdrik bir addım atdı - Azərbaycanda 14 iqtisadi rayonun yaradılması haqda qərar qəbul etdi. Bu, dünyanın ictimai rəyi tərəfindən qəbul ediləcək bir qərardır.

Şuşa şəhəri tarixi Qarabağ xanlığının paytaxtı olub. Ermənilər isə Qarabağa çox sonralar gəliblər. Hətta ermənilərin özləri də Ağdərədə ucaltdıqları “abidə”də burada cəmi 180 ildir yaşadıqlarını yazırlar. Bunu öz gözlərimlə oxumuşam. Bu qeyd azərbaycan, rus və erməni dillərində yazılıb. Yəni bu, ermənilər tərəfindən qəbul edilmiş bir mövqedir. İndi görünən budur ki, bəzi dövlətlər erməniləri qızışdırıcı mövqedə saxlayaraq, xoş olmayan məqsədləri üçün təhrik etməyə çalışırlar. Bununla da bölgədəki hadisələrin normal axınına mane olmaq istəyirlər.

- ATƏT-in Minsk qrupuna üzv olan bu dövlətlərin pozucu fəaliyyətləri bölgədəki prosesləri yenidən mürəkkəbləşdirə bilərmi?

- Bu, mümkünsüzdür. Çünki bu gün prosesləri diktə edən Azərbaycan və ona müttəfiqlik edən dövlətlərdir.

Həmin dövlətlərin bir məqsədi də, Minsk qrupunu yenidən canlandırmaq və onu prosesə cəlb etməkdir. Azərbaycan Prezidentinin dediyi kimi, Minsk qrupunun bu bölgədə görə biləcəyi iş qalmayıb. Minsk qrupu 28 illik fəaliyyəti dövründə heç bir müsbət iş görməyib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı 4 qətnamə qəbul edib, amma Minsk qrupunun fəaliyyəti bu yöndə olmadı. Üstəgəl, həmsədrlər Ermənistanı müdafiə edən mövqe tutdular, özlərini tamamilə nüfuzdan saldılar. Qətnamələri Azərbaycan ordusu yerinə yetirdi. Proseslərin sonrakı iki inkişafı iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedəcək. Türkiyə və Rusiya bu danışıqlar prosesinə qatıla bilər. Yəni müxtəlif vasitəçi və ya dövlətlərin qatıldığı bir proses o qədər də uğurlu alınmır. Bu baxımdan, indiyədək iki dövlət arasında razılaşmaların əldə edilməsi onu göstərir ki, burada dövlətlərin sayı nə qədər az olarsa, işin keyfiyyəti də o qədər yaxşı olur.

Azərbaycan bu günədək təkcə işğaldan yox, həm də vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərin ikili və üçlü standartlarından və xristian təəssübkeşliyindən əziyyət çəkib. Bölgədəki proseslərə obyektiv yanaşma olsaydı, bu problem çoxdan həllini tapmışdı və iki ölkə arasında yaxın qonşuluq münasibətləri qurulmuşdu. Amma Minsk qrupuna həmsədr olan dövlətlər nizamlanma və sülhyaratma prosesinə heç bir töhfə vermədilər. Nəticədə ATƏT-in Minsk qrupu çıxdaş edildi. Minsk qrupu mövcud olduğu dövrdə həmişə Azərbaycanın əleyhinə işləyib. İndi əllərinə fürsət düşən kimi öz kin-küdurət və məkrli niyyətlərini nümayiş etdirirlərsə, danışmağa söz qalmır. Nə qədər istəyirlər, öz kinlərini göstərsinlər. Prosesləri diktə edən Azərbaycandır. Azərbaycan da qalan məsələləri həll etməyi bacaracaq.

- Bəs Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı imzalanmış üçtərəfli anlaşmaların taleyi necə olacaq? Rusiyanın bu anlaşmalardan boyun qaçırdığı da diqqətdən yayınmır.

- Zənnimncə, Rusiya bölgədəki əvvəlki rolunu oynaya bilmir və bilməyəcək. Getdikcə, Rusiyanın Cənubi Qafqazdan çıxması özünü aydın şəkildə göstərəcək. Amma Rusiya Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılmasına ciddi maraq göstərir. Bunlar onun strateji maraqlarına uyğundur, məncə, bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Pozuculuq yolu tutsa, bundan ən çox əziyyət çəkən Ermənistan tərəfi olacaq. Əlbəttə bizim Zəngəzur və ya Mehri dəhlizinin açılmasına marağımız var. Bunu Naxçıvanın blokadadan çıxması üçün istəyirik. Bakı-Tiflis-Qars dəmir yolundan Naxçıvana xətt ayrılıb. Bu xətt təxminən iki aya Naxçıvana çatacaq. Yəni, bizim Naxçıvanla dəmir yolu əlaqəsi yaratmağımız üçün elə də ciddi problemlərimiz yoxdur. Biz bunu başqa bir variantda da həyata keçirəcəyik. Amma Ermənistanın həmişəki kimi, blokadada qalmaq arzusu varsa və layihələrin həyata keçməsinə mane olmaq üçün hay-küy salacaqsa, özündən küssün. Bir də, daim göstərişlərinə forpost və əl buyruqçusu kimi əməl etdiyi Rusiyadan küssün.

Biz Ermənistan da xeyir gətirəcək bütün müsbət yolları və variantları göstərmişik. Bu istiqamətdə onların özlərindən də, müsbət rəylər gəlib. Dəfələrlə Paşinyanın dilindən Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq barədə müsbət fikirlər səsləndirilib. Yenə də böyük dövlətlərin bölgədə oynamaq istədikləri oyunlara boyun əyəcəklərsə, Azərbaycan və Türkiyənin ideyalarına qarşı çıxacaqlarsa, bu destruktiv fəaliyyətdən ən çox əziyyət çəkən elə Ermənistanın özü olacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"