Ermənistanda hökumət qurmaq problemə çevrilib - Ekspertlər danışır...

13 iyul, 2021 11:16

Paşinyanın yeni hökuməti hansı ölkənin bayrağının “rəngində” olacaq?

Ermənistanda növbədənkənar parlament seçkilərindən 3 həftədən çox keçir. Amma Nikol Paşinyan hələ də öz hökumət kabinetini formalaşdırmayıb. Bir neçə gün öncə o, Rusiyada səfərdə olub Putinin razılığını da alıb. Bəs indi nəyi gözləyir? Kadr tapa bilmir, yoxsa? Məsələn, 1 aydan çoxdur Ermənistan xarici işlər naziri postu boşdur. Olmaya Nikol yenə vaxtı uzatmağa, Zəngəzur dəhlizinin açılmasını, bütövlükdə 10 noyabr üçtərəfli bəyanatının icrasını yubatmağa çalışır? Ya bəlkə Qərbi də, Rusiyanı da qane edəcək balanslı komanda qurmaqda çətinlik çəkir?

Politoloq Elşən Mustafayev hesab edir ki, Ermənistandakı parlament seçkilərində Nikol Paşinyanın qələbəsindən sonra yeni kabinetin  tərkibinin hələ də formalaşmaması həm texniki, həm də siyasi məsələlərlə bağlıdır: “Seçkidən dərhal sonra müxalifətin nəticələrlə bağlı verdiyi şikayətlər və onların araşdırılması kifayət qədər vaxt almışdı. Ondan sonra yenə də 4 müxalifət blokunun seçkinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə verdiyi şikayət var. Bu şikayətlərin sonunda müxalifətin xeyrinə qərar qəbul ediləcəyi imkansız görünsə də prosedur qaydalara riayət olunmalıdır. Məsələnin siyasi tərəfi isə Nikol Paşinyanın Rusiya ilə münasibətlərinə aydınlıq gətirilməsinin ləngiməsi ilə bağlıdır. Hazırda Paşinyan üçün əsas hədəf Rusiyaya  çox da yaxınlaşmamaqla balans saxlamaq və eyni zamanda onu qəzəbləndirmədən hakimiyyətini qorumaqdır. Ermənistan iqtidarı təpədən dırnağa anti-Rusiya əhvalında olsa da mövcud  vəziyyətlə bağlı Rusiyadan asılılığını saxlayır. Azərbaycanla müharibə vəziyyəti hələ də ortadadır və müharibə başlayacağı təqdirdə Rusiyanın yanaşması onlar üçün qaranlıqdır. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası bilavasitə Rusiya tərəfinin iştirakı ilə həyata keçirildiyindən burada da narahatlıqlar var. Moskvada Putinlə olan görüşlərində də bu istiqamətdə müzakirələr aparılıb. Müşahidələrim isə onu göstərir hər iki dövlət başçısı bir-birilərinin məqsədini yaxşı bildiyindən süni görünsə də hələlik qarşıdurmaya gətirəcək addımlar atmaqdan çəkinirlər. Burada Qərb faktoru da var. Bunlara rəğmən Paşinyan yaxşı başa düşür ki, imzaladığı 10 noyabr sənədinin icrası qaçılmazdır və Rusiya da öz maraqlarına görə bunu istəyir. İnsafən müxalifətin etdiyi basqılara rəğmən Paşinyan ləng olsa belə, imzalanmış sənədin icrasını hələ ki həyata keçirir”.

 Elşən Mustafayev

Yeni kabinetə gəlincə, politoloq qeyd etdi ki, Paşinyan bu seçkidə qalib olaraq müxalifətdən gəlməyib, hakimyyətdə ola-ola seçkini qazanıb və seçkiyədək mövcud olmuş komandasının demək olar ki, əksəriyyəti öz yerində qalacaq. Mövcud olan vakansiyaları da yaxınlarda dolduracaq. Bununla bağlı kadr probleminin olacağı inandırıcı deyil.

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən 3 həftədən çox keçməsinə baxmayaraq, hələ də hökumətin formalaşmaması digər mətləblərdən xəbər verir. Nikol Paşinyan mərkəzi icra hakimiyyəti rəhbərlərinin təyinatı ilə bağlı namizədləri irəli sürməməklə vaxtı uzadır. 2018-ci ildə hakimiyyətə gələndə də Nikol Paşinyan müvafiq namizədləri müəyyən güc mərkəzləri ilə razılaşdırdıqdan sonra onların təyinatı həyata keçirilirdi. Hazırkı mərhələdə isə vəziyyət kökündən dəyişib: “Əgər ilk hakimiyyətində qərbmeyilli şəxslər yüksək postlara təyinat alırdısa, rusiyameyilli şəxslərin sıxışdırılması prosesi gedirdisə, hazırda Rusiyanın maraqlarına uyğun olan siyasəti həyata keçirən şəxslərin təyinatı gözlənilir. Rusiya ilə tam razılaşmalardan sonra kadrların təyinatı həyata keçiriləcək.

Digər maraqlı məqam bundan ibarətdir ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra onun müavinləri də istefa ərizələrini yazıblar və Ermənistanın Xarici İşlər Nazirliyi tamamilə “başsız” qalıb. Xarici ölkələrdə akkreditasiya olunan bir sıra səfirlərin də fəaliyyətinə xitam verilməsi gözlənilir. Nikol Paşinyan seçkiqabağı dövrdə həm Rusiyadan, həm də Qərbdən üzərinə çoxlu öhdəliklər götürüb. Xatırlamaq yerinə düşər ki, Ermənistanda vəziyyətin kritik olduğu məqamda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Fransaya və Belçikaya səfər etmişdi. Bu “işləri” həyata keçirmək üçün kadr bankının çatışmamazlığı da digər problem kimi görünür. Lakin Nikolun Qərb və Rusiyameyillilərdən ibarət balanslı komanda quracağı ilə bağlı ehtimallar daha çoxdur".

Ekspert qeyd etdi ki, ötən həftə Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putinlə görüşün nəticəsi olaraq kabinetin formalaşdırılacağı gözlənilsə də müəyyən ləngimələr baş verir. Paşinyan vaxtı uzatmaqla Zəngəzur dəhlizinin tikintisi və Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır: “Eyni zamanda uzun müddətdir ki, müzakirələrə səbəb olan parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçidlə bağlı prosesi də Nikol Paşinyan həyata keçirmək niyyətindədir. Lakin qeyd etmək lazımdır ki, Paşinyanın bu cür vaxt uzatmasının nə onun özünə, nə də ölkəsinə heç bir xeyri olmayacaq. Rəsmi Bakı səbrlə, təmkinlə qonşu dövlətdə baş verən prosesləri izləyir və qarşısında olan bütün prioritet məsələlərin həll edilməsində maraqlıdır. Gec-tez bütün hədəflərimizə çatacağımıza ümid edirik”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"