Rusiya MN-dən Xocavənddəki partlayışla bağlı AÇIQLAMA

14 iyul, 2021 00:15

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Azsiyaset.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin iyulun 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

"Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

12 iyul tarixində Martuni (Xocavənd - red.) bölgəsində ortaq axtarış qrupu tərəfindən həyata keçirilən müharibədə öldürülənlərin cəsədlərinin axtarışı zamanı, Ermənistan silahlı qüvvələrinin bir nümayəndəsi piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. Axtarış qrupuna daxil olan Rusiya sülhməramlı kontingentinin tibb işçiləri və Azərbaycanın Silahlı Qüvvələrinin birgə səyləri ilə ona ilkin tibbi yardım göstərilib və Martuni qəsəbəsindəki ən yaxın tibb müəssisəsinə təxliyyə olunub. Ermənistan silahlı qüvvələri nümayəndəsinin vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur" - açıqlamada qeyd edilib.

Məlumata görə, Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki karvanını müşayiət edib:

"Madagiz (Suqovuşan - red.) - Getavan - Vəng marşrutu boyunca bir karvan və geriyə bir karvan müşayiət olunub"

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

"Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində Martuni rayonunda 3 hektar ərazi təmizləndi.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2.182 hektar ərazi, 657.3 km yol, 1.892 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"