FETÖ-nun Azərbaycan işlərinə rəhbərlik etdiyini təsdiqlədi - MİT Qırğızıstanda yaxalayıb Türkiyəyə aparmışdı

14 iyul, 2021 10:02

İyunun əvvəllərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində yoxa çıxan və Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyatla Türkiyəyə aparıldığı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bundan təxminən bir ay sonra açıqlanan yüksək rütbəli FETÖ (Fətullahçı terror təşkilatı) mənsubu Orhan İnandının istintaqa verdiyi ifadənin təfərrüatları məlum olub.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Orhan İnandı Fətullah Gülən qruplaşmasına üzv olduğunu, 36 ildir bu hərəkatın içərisində yer aldığını etiraf edib. Bu haqda TRT Haber müxbiri bildirir.

Orhan İnandı Qırğızıstanda özəl “Sebat” tədris kurslarının rəhbəri olub və neçə vaxtdır bu ölkənin hüquq-mühafizə orqanları onun həbsi və Türkiyəyə ekstradisiyası barədə tələbləri rədd edirdi. İyunun əvvəllərində İnandı yoxa çıxıb, ertəsi gün onun avtomobilini tapıblar, özünün harada olduğu haqda heç bir məlumat əldə etmək mümkün olmayıb. İnandının yoxa çıxmasına görə Qırğızıstanda etirazlar başlayıb və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri onun oğurlanmasında iştiraklarının olmadıqlarını bildiriblər. İnandının Qırğızıstandan hansı yolla çıxarıldığı və digər detallar qaranlıq qalır.  

Orhan İnandı FETÖ-nun Orta Asiya respublikaları üzrə (Özbəkistan xaric) məsul şəxsi olub. İfadəsində təsdiq edib ki, əvvəlcə hərəkatın Qırğızıstan üzrə məsul şəxsi (yaxud imamı) olub. 2017-ci ildən isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Tacikistan üzrə məsul şəxs olduğunu təsdiqləyib.

İnandı Fətullah Gülənlə dəfələrlə görüşdüyünü də etiraf edib, sonuncu görüşünün bu ilin martında baş tutduğunu bildirib. Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin iki nömrəli şəxsi,  hazırda axtarışda olan Adil Öksüzü (mülki şəxs olub) şəxsən tanıdığını, onunla Ankarada görüşdüyünü təsdiqləyib. 

O, Qırğızıstanda FETÖ mənsublarına pasport almaqda kömək etdiyini də etiraf edib, bildirib ki, həmin ölkədə diplomatik nömrə nişanlı avtomobillə gəzirdi. Orhan İnandı 26 illik fəaliyyəti ərzində Qırğızıstandakı FETÖ məktəblərindən 20 min nəfərin məzun olduğunu bildirib. Həmin məzunlardan bir çoxunun Qırğızıstanda mühüm vəzifələr tutduğunu deyib.

Dindirmə zamanı İnandı FETÖ barədə “təşkilat” və ya “terror təşkilatı” ifadələrini işlətməyib, təşkilatı “camaat” adlandırıb, Fətullah Gülənə isə “xoca əfəndi” deyib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və həbsxanaya göndərilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"