Makron Ermənistana gəlir - Səfər nə vaxt baş tutacaq?

15 iyul, 2021 00:55

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək.

Azsiyaset.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu fransalı səfir Conatan Lakotta ilə görüşündə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

O bildirib ki, makronun səfəri yaxın vaxtlarda gözlənilir. Paşinyan Makronla daimi əlaqədə olduğunu da deyib.