"Fətullah Gülən tərəfdarlarının arzuları baş tutmadı" - Vahid Əhmədov

15 iyul, 2021 16:02

Milli Məclisin deputatı Vahid Əhmədov 2016-cı ilin bu günü Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı danışıb.

Azsiyaset.com xəbər verir ki, millət vəkili qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın bu hadisələrin qarşısını məharətlə aldığını bildirib.

O, çevrilişçilərin bir də heç zaman buna cəhd edə bilməyəcəyini də sözlərinə əlavə edib: “Beş il öncə Türkiyədə baş verən hadisələr həqiqətən çox ciddi hadisələr idi. Xarici qüvvələrin təsiri nəticəsində qardaş ölkədə dövlət çevrilişi həyata keçirmək istədilər. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun qarşısını məharətlə aldı. Baxmayaraq ki, bu çevrilişə cəhd edənlərə böyük dəstək var idi, arxalarında böyük dövlətlər dururdu. Hesab edirəm ki, çevriliş hadisəsi baş versəydi, Türkiyənin siyasi, iqtisadi həyatında arzuolunmaz dəyişikliklər olardı. Çox ciddi problemlər ortaya çıxacaqdı. Çətinliklər təkcə Türkiyədə deyil, qonşu dövlətlərdə də hiss olunacaqdı. Hakimiyyətə gəlmək istəyənlər Fətullah Gülən tərəfdarları idi. Onların arzuları baş tutmadı. Bu insanlara qarşı Türkiyə dövləti ciddi əməliyyatlar həyata keçirdi və hazırda da davam edir. Türkiyədə çevrilişə cəhd edənlər, xarici dövlətlərlə əlaqədə olanlar həbs edildi. Bundan sonra inanmıram ki, kimsə belə cəhd etsin. 15 iyul hadisələrindən ciddi dərslər alındı və düzgün siyasi qərarlar verildi. Türkiyə güclü və demokratik dövlətdir.

Əsas odur ki, bu baş tutmadı və Rəcəb Tayyib Ərdoğan qardaş ölkə başçısı kimi vəzifəsinin icrasına davam edir. Bəllidir ki, bu gün Türkiyə dövlətinin başçısı dünya siyasətində özünəməxsus yeri olan adam, öndə gedən liderlərdən biridir. Dünya dövlətlərinin əksəriyyəti onunla hesablaşırlar.

Çox yaxşı ki, Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında dostluq-qardaşlıq münasibətləri var. 44 günlük Vətən müharibəsində də Türkiyə bizim yanımızda oldu, dəstəyini əsirgəmədi. Bunun da əsas səbəbi Ərdoğanın apardığı düzgün siyasətdir. Türkiyədə sabitliyin daim olması Azərbaycan üçün də vacib məsələdir. Bizim dövlətimiz üçün də önəmlidir. Get-gedə əlaqələrimiz daha da inkişaf edir, iqtisadi, siyasi və digər sahələrdə birgə işlər görülür. Çox ciddi və böyük layihələr hazırlanır, birlikdə həyata keçirilir. Dünən də Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan daim Türkiyənin yanında olacaq. Bu münasibətlər getdikcə çox inkişaf edir və mən düşünürəm ki, gələcəkdə Azərbaycanla – Türkiyə arasında heç bir viza olmayacaq, qardaş ölkə vətəndaşları bura sərbəst gəlib gedəcəklər, biz də ora gedəcəyik. Bu bizim üçün çox önəmlidir. Dünya düzəni dəyişdiyi üçün Türkiyənin Qafqazda söz sahibi olması Azərbaycana vacibdir. Biz də qardaş ölkəni qorumalıyıq, rəhbərlərinə hörmətlə yanaşmalıyıq. Türkiyə Prezidenti, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hülusi Akar Azərbaycanı sevən insanlardır. Arzu edək ki, orada bir də bu cür hadisələr baş verməsin. Heç kim çevrilişə cəhd etməsin. Türkiyə güclü dövlətdir, NATO-nun üzvüdür, çox yaxşı ordusu var. Onların həmişə ayaqüstə möhkəm olması bizim üçün də önəmlidir”. (qafqazinfo.az)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"