“Ankara-Moskva ziddiyyətləri güclənəcək, Qarabağda müharibə isə...” – Rusiyalı şərqşünas

30 avqust, 2020 12:56

“Cənubi Qafqazda böyük müharibə riskinin olduğu haqda iddialar son vaxtlar tez-tez səslənir. Ehtimal edilir ki, Bakı və İrəvan arasında sərhəd toqquşması bölgədə Rusiya və Türkiyə silahlı qüvvələrinin qarşıdurmasına da gətirə bilər. Həqiqətən belə narahatlıq əsassız deyil və özünə qarşı həm siyasətçilərin və diplomatların, həm də hərbçilərin və xüsusi xidmət orqanlarının xüsusi diqqətini tələb edir”.

Azsiyasət.com saytı musavat.com xəbər verir ki, bu barədə tanınmış rusiyalı şərqşünas, Moskvadakı Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşev Vesti.az portalına müsahibəsində bildirib.

Dağlıq Qarabağ konfliktinin həllinə rəsmi Ankaranın təsir imkanlarından danışan mütəxəssis deyib: “Bildiyiniz kimi, bu günlərdə Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etdi. Bəllidir ki, iyul ayında tərəflər arasında hərbi qarşıdurmanın əsas fərqləndirici xüsusiyyəti onun Dağlıq Qarabağdakı təmas zonasında deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş verməsi idi. Bunun ardınca Rusiyanın “Qafqaz-2020” təlimləri və Türkiyə-Azərbaycan hərbi təlimləri oldu. Ankara bu dəfə Azərbaycanı yalnız sözdə deyil, əməldə də dəstəkləməyə hazır olduğunu nümayiş etdirdi. Məncə, Moskva və İrəvanda təlim üçün Türkiyədən Azərbaycana o sayda hərbi texnika, xüsusən də 6 məşhur Bayraktar TB2 PUA-nın gətiriləcəyini gözləmirdilər. KTMT-nin buna reaksiyası qeyri-müəyyən oldu. Əminəm ki, bu təşkilat faktiki, öz fəaliyyətini dayandırıb və heç nəyə təsir etmək iqtidarında deyil. Ermənistan-Azərbaycan münaqişəsinin həlli isə yalnız ikitərəfli təmaslar yolu ilə mümkündür”.

Ankara-Moskva əlaqələrinin perspektivlərinə gəlincə, rusiyalı şərqşünas aradakı ziddiyyətlərin getdikcə artacağını proqnoz edir.
“Rusiya-Türkiyə ikitərəfli münasibətlərində kəskin ziddiyyət ortaya çıxıb. Bu ziddiyyət Rusiya dövlət enerji şirkətləri ilə Türkiyənin dövlət qurumları arasında gizli və bəzən açıq müharibə şəklində özünü göstərir. Əsla təsadüfi deyil ki, vaxtilə təmtəraqlı şəkildə açılan “Türk axını” meqa-layihəsi el dilində desək, “mis ləyənlə örtüldü”. İyun ayında Türkiyənin daxili bazarına Rusiya qazının tədarükü 2 milyon kubmetr təşkil edib. Bu ilin yanvarında 2.2 milyard kubmetr ixracatla başlayan “Qazprom” iyun ayında qaz tədarükünü dayandırdı. Türkiyə bazarı onun əlindən çıxdı. Liviya hadisələri bu ziddiyyətləri yalnız şiddətləndirdi. Təəssüf ki, Moskvada dövlətlərarası və iki xalq arasındakı münasibətləri Kreml oliqarxlarının maraqlarından ayıra bilmirlər. Odur ki, ziddiyyətlərin dərinliyi getdikcə yalnız artacaq”, - deyə o qeyd edib.


Ekspert Cozef Baydenin ABŞ prezidenti seçiləcəyi təqdirdə Türkiyə-Amerika münasibətlərinin gələcəyinə də toxunub.
“Türkiyənin hökumətyönlü mətbuatı ABŞ prezidentliyinə namizəd Cozef Baydenə qarşı sərt fikirlər səsləndirir. Səbəb Baydenin ABŞ prezident administrasiyasından Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyp Ərdoğana münasibətini kökündən dəyişməyi nəzərdən keçirməyə çağırışlar etməsidir. Həqiqətən də Bayden hakim AKP-MHP koalisiya üçün son dərəcə arzuolunmaz bir fiqurdur”, - Yuri Malaşev hesab edir.

Onun sözlərinə görə, ABŞ Demokratlar Partiyasından olan namizəd kürd məsələsi ilə bağlı Ankaranın apardığı siyasətdən razı deyil, çünki kürdlər regionda deklarativ şəkildə, bəzən isə praktikada Vaşinqtonun müttəfiqləri olublar. “Əminliklə söyləmək olar ki, əgər seçkilərdə Co Bayden qalib gəlsə, onsuz da qeyri-sabit olan ABŞ-Türkiyə münasibətlərini uzun bir qış gözləyir. Xatırladım ki, məhz bu partiyanın üzvləri sayəsində ABŞ Konqresi bir neçə dəfə Trampı keşiş Bransonun işi ilə bağlı sərt mövqe tutmağa vadar edən anti-Türkiyə qətnamələri qəbul edib. Ankarada təbii ki, bunu unutmayıblar. Eləcə də 2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi rəsmən tanıyan qərarını da”, - deyə o sonda əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"