Müxalif jurnalisti ABŞ-dan oğurlayıb qayıqla qaçırmaq planının üstü açıldı

16 iyul, 2021 01:20

Nyu York şəhərində dörd İran vətəndaşı ABŞ-da yaşayan müxalif  jurnalisti qaçırmağı planlaşdırmaqda ittiham edilir. ABŞ hüquq-mühafizə orqanları bildirir ki, şübhəlilərdən biri İran kəşfiyyatının zabiti, digər üç nəfəri isə İran kəşfiyyat şəbəkəsinin üzvləridir.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosu onların jurnalisti oğurlamaq üçün hazırladıqları əməliyyatının İran hökuməti tərəfindən dəstəkləndiyini bildirir.

ABŞ Ədliyyə Nazirliyi jurnalistin kimliyini açıqlamır, onun Bruklində yaşayan ABŞ vətəndaşı, insan haqları fəalı olduğunu bildirməklə kifayətlənir. Lakin Bruklində yaşayan iranlı fəal və yazar Məsih Əlinejad bildirib ki, ABŞ hakimiyyət orqanları onun İran xüsusi xidmət orqanlarının hədəfində olduğu haqda xəbərdarlıq edib. Bu baxımdan ehtimal edilir ki, oğurlanması planlaşdırılan jurnalist məhz Əlinejaddır.

Əlinejad ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” radiosunun Fars xidmətində ştatdankənar müxbir kimi çalışıb və İranda insan haqlarının vəziyyəti ilə bağlı reportajlar verib. O, Twitter-də yazıb: " İslam Respublikası Kəşfiyyat Nazirliyinin mənim oğurlanmağım üçün qurduğu planının qarşısını aldığına görə FTB-yə minnətdaram. Bu plan Ruhaninin hökuməti tərəfindən idarə olunub”.

“Amerikanın səsi” üçün hazırladığı ayrıca video bəyanatında Əlinejad onu və ailəsini mühafizə etdiyinə görə ABŞ hakimiyyətinə minnətdarlığını bildirib. Ədliyyə Nazirliyi “Reuters” agentliyinin hədəfdə məhz Əlinejadın olub-olmadığına dair sualına şərh verməkdən imtina edib.

Nyu York Cənub Dairəsinin prokuroru Odri Ştraus deyib: "İddia olunduğuna görə dörd müttəhim rejim avtokratiyasını tənqid edən İran mənşəli ABŞ vətəndaşını izləyiblər və qaçırmaq istəyiblər. Onlar daha sonra qurbanlarını zorla İrana aparmağı planlaşdırblar. Orada onun taleyi ən yaxşı halda qeyri-müəyyən olacaqdı”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bu iddiaları “axmaq və əsassız” adlandırıb. Lakin FTB-nin Nyu York ofisindən bildirilib: "Biz iddia edirik ki, İran hökuməti tərəfindən dəstəklənən bir qrup ABŞ-da mənzillənmiş jurnalisti bizim torpağımızda oğurlamağı və zorla İrana qaytarmağı planlaşdırıb”.

İyulun 13-də Manhetten  federal məhkəməsində elan edilmiş ittiham aktında həm də Vəzarət Səlimi və Hacəli kimi tanınan Əlirza Şavəroğlu Fərəhaninin, habelə Mahmud Xazeyin, Kiya Sadeqi və Omid Nurinin adları çəkilir. Onların hamısı iranlıdır. İtitham aktına görə Fərəhani İran kəşfiyyatının zabitidir. Qalan üç nəfərin Fərəhaninin rəhbərliyi altında işləyən “kəşfiyyat agentləri” olduğu qeyd edilir. Onlara qarşı adam oğurluğu cəhdindən başqa İrana qarşı sanksiyaların pozulması, bank və şəbəkə dələduzluğu, çirkli pulların yuyulması kimi ittihamlar da irəli sürülüb. Əgər təqsirləri isbat olunsa, iranlıları ömürlük həbsxana cəzası gözləyə bilər.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Fərəhani və başqa üç nəfər ən geci 2020-ci ilin iyunundan bəri bu planın həyata keçirilməsinə başlayıblar. Bildirilir ki, Fərəhani və onun iddia edilən əlbirləri hədəflənən jurnalistin və ailə üzvlərinin izlənməsi, şəkil və videolarının çəkilməsi üçün özəl xəfiyyələr tutublar. Nazirliyin bəyanatında deyilir ki, şübhəlilər Nyu Yorkdan Venesuelaya hərbi tipli kater xidmətlərinin internet axtarışını aparıblar.

Qeyd edilir ki, Venesuela və İran hökumətlərinin yaxın münasibətləri var.

İttiham aktında habelə deyilir ki, İran hökuməti 2018-ci ildə jurnalisti qaçırmaq məqsədilə aldaraq ABŞ-dan üçüncü ölkəyə aparmağa  çalışıb. Amma jurnalistin İrandakı qohumları bu əməliyyata dəstək verməkdən boyun qaçırıblar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"