Bakının mərkəzində tutulan muzdlu - Erməni yalanları və Dubakovun etirafları

16 iyul, 2021 10:23

Rusiya vətəndaşı olan muzdlu döyüşçü: ““Voma"nın təlimlərdə məqsəd Azərbaycana qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi”

Bakıda Qarabağda döyüşən daha bir muzdlu döyüşçü hakim qarşısına çıxarılır. Prokuror Rusiya vətəndaşı olan həmin şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Söhbət Rusiya vətəndaşı Eduard Dubakovun cinayət işindən gedir. Bu məhkəmə prosesi Azərbaycanın dünyaya bir mesajı, erməni terrorunun ifşasıdır.

Dubakov Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2 (Cinayətkar birlik, mütəşəkkil dəstənin tərkibində iştirak) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Eduard Dubakovun Kəlbəcər rayonu işğal altında olduğu dövrdə orada ermənilərin təşkil etdiyi hərbi təlimlərdə iştirak etməsi, onların tapşırığı ilə 2021-ci ilin yanvarında terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlməsi barədə ittiham aktında yazılanlar məhkəmədə təsdiqlənib.

Dudakov özü iddia edir ki, guya məqsədi döyüşlərdə iştirak etmək olmayıb. Amma Azərbaycan hüquq-mühafizə orqanları onun dediklərinin əksini sübut edə bilib. Dudakov saxlanılan zaman onun üzərində erməni dilində və Azərbaycan dilində yazılar olan kitab aşkar edilib.

Bakıda yeni yaradılan “Qənimətlər parkı”nın yaxınlığında saxlanılan Dudakovun atası Azərbaycanda yaşamış erməni olub.

Cinayət işi materiallarında qeyd olunub ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib. O, Ermənistanda olan “Voma” təşkilatına üzv olaraq, Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib, təşkilatın rəhbəri Vladimr Vartanovla tanışlığı yaranıb. 2019-cu ildə təlimlərə qatılıb. Təşkilatın rəhbəri Qarabağda Ermənistan tərəfindən müharibə iştirak edən ilk kəşfiyyat qrupunun rəhbəri Vladimir Vartanov olub. Rusiya Federal Xidmətinin arayışında qeyd olunub ki, Eduard Dubakov Rusiyadan Ermənistana 2018-2019-cu illərdə bir neçə dəfə səfər edib. Telefonuna baxış keçirilən zaman “artsaxski” adlı istifadəçi ilə yazışmaları aşkar edilib.

Bundan başqa, telefon yazışmalarında müəyyən edilib ki, Dubakov Artyom, Samir Mirzoyan, Zararyan və digər şəxslərlə telefon zəngləri var.

Eduard Dubakov istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ildə sentyabr-oktyabr ayında sosial şəbəkələrdə “Voma” təşkilatının videoçarxını izləyib: “Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyinin şahidi oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq, ata tərəfindən erməni olduğumu unutmamışam. Həmin videoya baxdıqdan sonra erməni xalqına kömək etmək istədim. Ona görə də ”Voma" təşkilatı ilə əməkdaşlıq etmək qərarı verdim. İnternet üzərindən təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum. Təşkilatda digər ölkələrdən gələrək təlimlərdə iştirak edən şəxslər də var idi. Təlimlərdə məqsəd Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Bizi Şuşaya, Xankəndinə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci il yanvarın 14-də Azərbaycana gəlmişəm".

Eduard Dubakovun işi bizim üçün həm də niyə bu qədər önəmlidir? Bakıda məhkəmə nələri ortaya çıxardı?

Bu məhkəmədən öncə də baş tutan məhkəmə proseslərində Azərbaycan sübut etdi ki, Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici ölkələrin vətəndaşları və muzdlular iştirak ediblər. Azərbaycanın əlində bu iddianı təsdiqləyən çoxsaylı faktlar, mötəbər sübutlar var. Bunlardan biri elə Dubakov...

Ondan əvvəl isə livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəməsi. Abrahamı tutaraq Bakıya gətirməklə, onu bütün dünyaya göstərməklə Azərbaycana qarşı ittihamların üstündən bir daha xətt çəkildi. Muzdlu terrorçuların kimlər tərəfindən döyüşdüyü məlum oldu.

Ermənistan və ermənipərəst dövlətlər müharibənin gedişində iddia edirdilər ki, Qarabağdakı müharibədə xarici muzdlular, terrorçular var və onlar guya Azərbaycan tərəfdən döyüşürlər. Bu iddianı təsdiq edən tək bircə fakt da ortaya qoyulmadı. Bunun qarşılığında Azərbaycan yuxarıda sadaladığımız çoxsaylı faktlarla çıxış etdi. Ermənilər müharibə ərəfəsində bu kimi iddialarla çıxış etsələr də ortaya heç bir sübut qoya bilmədilər.

Xatırlayırsınızsa, erməni XİN əməkdaşı Şuşa savaş ərəfəsində bir foto paylaşmışdı. Həmin foto ilə iddia edirdi ki, guya Azərbaycan tərəfindən Suriyadan gətirilən döyüşçülər savaşır. Nəticədə nə oldu? Ermənilər özləri də bu iddialarla çıxış edən rəsmilərdən faktlar, sübutlar tələb etdilər. Lakin onların bu tələbləri cavabsız qaldı...(musavat.com)

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"