Müsavatla Real bir-birini ifşa etdi - FOTOLAR

16 iyul, 2021 12:13

Dünəndən etibarən sosial şəbəkədə Müsavat və Real partiyalarının rəhbərliyi arasında sözlü mübahisə və bir-birini ifşa etmək prosesi başlayıb.

Azsiyaset.com xəbər verir ki, Real partiyasının üzvü, deputat Erkin Qədirlinin Türkiyədə mərhum Prezident Heydər Əliyevin heykəlini ziyarət etməsinə müsavatçılar tənqidi yanaşıblar. Həmin fotoda ADP sədri Asim Mollazadə, YAP üzvü Səməd Seyidov da yer alıb.

Müsavat başqanı Arif Hacılı Feysbuk hesabında paylaşım edərək “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli çox tez çatdı” deyə qeyd edib.

Real partiyasının sədr müavini Natiq Cəfərli isə müsavatçıları hakimiyyətdən qorxmaqda ittiham edib: “Erkin protokola uyğun hərəkət edib, bundan öncə Atatürkün anıtında, Ərdoğanla və Parlament sədri ilə görüşdə olub. Amma səhv edib, gərək heykələ getməyəydi.

Erkinin başqa səhvi də olub - siz, Arif bəy, “hakimiyyət əlimizdən ofisi alacaq, nə olar, REAL-ın qurultayını bizdə keçirməyin, bundan özünüz imtina edin", deyəndə, sizə, əslində isə Müsavat adına hörmət olaraq siz deyən formulu qəbul etdi, sizə söz gəlməsini istəmədi. Bəli, Erkinin bu səhvi də var, qınayıram!”

Bunun ardınca isə Arif Hacılı N.Cəfərliyə bildirib ki, onlar qurultay keçirməyə adam tapa bilməyiblər: “Çox eyib, Natiq bəy. Şəxsən sizdən bu qədərini gözləmirdim. “Bizə bu vəziyyətdən abırlı bir çıxış yoluna imkan yaradın” deyə xahişlərinizi, evimin yanındakı kafedə Erkinlə birlikdə bizdən üzrxahlıq etdiyinizi, “nə desəniz haqqınız var” - dediyinizi də unutmusuz?

Təşkilatınız qaçıb dağılmışdı. Sizin qurultay keçirməyə, hətta 10-15 nəfəri bir yerə toplamağa halınız var idi?

O zaman Müsavat Divanında bu məsələnin çılpaqlığı ilə açıqlanmasının, sizin rəzil durumunuzun, bizim yer verməyimizə baxmayaraq sizin belə imkanlarınızın olmaması üzündən guya yer tapa bilməməyiniz barədə bəhanə etdiyinizi ictimailəşdirilməsinin də tərəfdarları var idi. Mən bunu etmədim. Niyə etmədim?

Çünki, o zaman düşünürdüm ki, hakimiyyət də bunda maraqlıdır. O zaman sədriniz hələ həbsdə idi. Həm də, bizə dəfələrlə deyilən bu vəziyyətdən abırlı çıxmağımıza şərait yaradın, xahişinizi nəzərə aldım. Belə çıxır ki, o zaman xahişlərinizi nəzərə alaraq sizə sifətinizi qorumağa şərait yaratmaqla səhv etmişəm?”

Daha sonra N.Cəfərli Arif Hacılının dediklərini ağ yalan adlandırıb: “O vaxt real hansı çıxılmaz vəziyyətə düşmüşdü ki, sizdən vəziyyətdən çıxmağı istədi? Yer vermədiniz, elə həmin ay siz imtina edəndən sonra REAL özü ofisdə 416 nəfərlə qurultay elədi. Günah bizdədir, gərək o vaxt həqiqəti deyərdik. Sadəcə sizin Erkini tanıdığınızı bilirəm, son 20 ildə ona nə təkliflər olub, nələrdən imtina edib, onu da bilirsiz. Yaxınlarının müalicəsini hakimiyyətdən xahiş edənlər bunu anlamaz”.

Daha sonra tərəflər bir-birini hakimiyyətdən mandat alaraq deputat olmaqda ittiham ediblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"