"İran bütün ermənilərinin üzünə şillə vurdu" - Abovyan
"Hamımızın üzümüzə daha bir şapalaq: İranın yeni seçilmiş prezidenti Seyyid İbrahim Rəisi İlham Əliyevi Azərbaycan ərazilərinin uğurlu azad edilməsi münasibətilə təbrik etdi".
Azsiyaset.com xəbər verir ki, bunu öz "Facebook" səhifəsində “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyan yazıb.
“İRNA-nın verdiyi məlumata görə, İranın yeni seçilmiş prezidenti Azərbaycan Prezidentinin də təbrik mesajına cavab verib. Onun məktubunda deyilir: “Azərbaycan xalqını Azərbaycan ərazilərinin uğurla azad edilməsi münasibətilə təbrik edirəm. Düşünürəm ki, işğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyini və iki ölkənin ortaq sərhədlərini bərpa etməsindən yeni fürsətlər, əməkdaşlıq səviyyəsinin artırılması, bölgədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylərlə istifadə edilməsinə dəyər”.
"İranlıları günahlandırmağa cəsarət etməyin. Sadəcə onlar xarici siyasətdə mövcud Ermənistan hakimiyyətinin absurd davranış tərzini nəzərə alırlar”, - deyə Abovyan yazıb.