Fransa prezidenti Makron Ermənistana niyə səfər edir?

16 iyul, 2021 14:46

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bir neçə gün bundan öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakotla görüşü baş tutdu və görüş zamanı N.Paşinyan Fransa prezidenti Emmanuel Makronun yaxın günlərdə Ermənistana səfərə gələcəyini bildirdi.

İlk növbədə onu qeyd etmək lazımdır ki, E.Makronun Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq.

Bəs Makronun Ermənistana gözlənilən səfərinin məqsədi nədir?

- Birincisi, Qarabağda yerləşən terrorçu qruplaşmaları - qondarma rejim təmsilçilərini gücləndirmək, onların silahlandırılmasını təmin etmək

- İkincisi, regional seçkilərdəki uğursuzluqlardan sonra Fransadakı erməni diasporunun dəstəyini qazanmaq

- Üçüncüsü, erməni xalqının inamını tamamilə itirmiş Paşinyana siyasəti dəstək ifadə etmək

- Dördüncüsü, Azərbaycan-Türkiyə modelinə alternativ bir Fransa-Ermənistan “modeli”nin ərsəyə gəldiyini nümayiş etdirmək. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə arasındakı bütün sahələr üzrə vəhdətin, birliyin tarixi kökləri var və hər iki dövlət bir millətin yaratdığı dövlətlərdir. Fransa və Ermənistan arasında isə belə bir model uğurlu ola bilməz.

Frnasa başa düşür ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizlik imkanlarını tamamilə itirib, bundan sonra istəsə də Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə hər hansı şəkildə rol ala bilməz.

Heç kəsə sir deyil ki, Fransa həmişə birtərəfli - ermənipərəst mövqe nümayiş etdirib və bu da ATƏT Minks qrupunun həmsədri kimi onun mandatına zidd olub. Əsas suallardan biri budur - Əgər ATƏT-in Minsk qrupu həmsədrliyinin  yenidən aktivliyinə zərurət yaransa, Fransanın təmsilçiliyini kim qəbul edəcək? Azərbaycan qəti şəkildə bundan imtina edəcək. Türkiyənin Minsk qrupunun üzvü kimi həmsədrliyə gətirilməsi müzakirəsiz məsələyə çevriləcək. Fransa bunu dərk edir.

Əslində Makronla Paşinyanı birləşdirən müəyyən “dəyərlər” var və hər iki şəxsin münasibətlərindəki “dərinlik” də məhz buna görədir.

Həm Makron, həm də Paşinyan populist - boğazdan yuxarı vədlərlə yadda qaldı. Heç biri öz xalqına verdiyi sözü tuta bilmədi. Aqressiv, hədəfi hesablanmamış çıxışlar, qeyri-real vədlər Makron və Paşinyanı birləşdirən əsas “keyfyyətlərdir”. Məhz bu “keyfiyyət”lərə görə hər iki şəxs öz ölkəsində xalqın etmadından tamamilə məhrum olub.

Makron erməni diasporuna, Paşinyan isə Fransa hökumətinə ümid edir.

- İslamofob siyasət məhz Makronun prezidentliyi dövründə Fransanın daxili və xarici siyasətinin əsas ana xəttinə çevrildi

- Fransada xalqa qarşı sistemli zorakı üsullar siyasəti məhz Makronun dövründə təşəkkül tapdı

Fransa tarixində Makron yeganə prezident oldu ki, onun dövründə sistemik rasizm siyasəti tam bərqərar oldu.

Ötən ay Fransanın Sent-Etyen şəhərində üç erməni tərəfindən törədilən qətl hadisəsinə görə etiraz aksiyası keçirildi. Üç nəfər erməni 26 yaşlı Yusuf adlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq öldürüb.

Fransa hökumətinin dəstəklədiyi ermənilər burada da heç nədən çəkinməyərək, müsəlman gənci təkləyərək qətlə yetiriblər. Hadisə irqçilik zəminində baş verdiyi heç kəsdə şübhə doğurmur.

2020-i ilin dekabrında Fransada nümayişçilər ən zorakı üsullarla “zərərsizləşdirildi”: polis vətəndaşlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdi. Təsadüfi deyil ki, həmin vətəndaş aksiyaları “Fransa - polis hüquqlarının ölkəsi” şüarı ilə Fransa tarixinə düşdü.

2021-ci ilin mart ayında Fransada polis zorakılığına və irqçiliyə qarşı kütləvi aksiyalar başlamışdı. Xalq başa düşür ki, Makronun əsas məqsədlərindən biri Fransa polisi ilə xalq arasında dərin çat yaratmaqdır.

2019-cu ilin dünyaca məşhur sarı jiletli”lərin aksiyaları Fransa hökumətinin əsl simasına bir daha işıq tutmuşdu.

İnsan hüquq və azadlıqlarını beşiyindəcə boğan Fransanın Azərbaycanı nədəsə ittiham etməsi, işğalçı Ermənistana “himayəçilik” missiyasını öz üzərinə götürməsi regionda və dünyada baş verən proseslərin nəticəsini dəyişə bilməyəcək. İşğalçını dəstəkləmək işğalçı olmaqda da ağır bəşəri cinayətdir. Amma bu, bizi təəccübləndirmir.

Fransa Ermənistandan da daha böyük işğalçıdır. Çünki Fransa on illər boyu müxtəlif dövlətləri öz işğalı altında saxlayıb, Afrikanın sərvətlərini tamamilə talayıb, bir neçə ölkədə qətliamlar həyata keçirib. Nəticədə milyonlarla insan qətlə yetirilib, yüz minlərlə insan şikəst olub, minlərlə nəsil-söy məhv edilib.

Samir Feyruzov

Azsiyaset.com

 

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR