Azərbaycanda neft biznesi olan Mixail Qutseriyev sanksiyalara görə "Russneft"dən uzaqlaşdı

16 iyul, 2021 16:47

Azərbaycanın 16 quru neft yatağının sahibi, inquş əsilli rusiyalı neft oliqarxı Mixail Qutseriyev “Russneft” şirkətini tərk edib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, buna səbəb Qutseriyevin Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi son sanksiyaların təsiri altına düşməsidir. Qutseriyevin Belarusda iri biznesi var.

RBK agentliyi şirkətdən yayılan məlumata istinadən bildirir ki, Qutseriyev nəinki “Russneft”in direktorlar şurasının sədri postunu tərk edib, eləcə də direktorlar şurasının üzvlüyündən çıxıb. Habelə Biznesmenın adı şirkətlə bağlı olan şəxslər siyahısından tamamilə çıxarılıb. “Russneft”in direktorlar şurası iyulun 13-də keçirilmiş iclasında şirkətə nəzarət edən konkret şəxsin olmadığı, o cümlədən Mixail Qutseriyevin daha şirkətə nəzarət etmədiyi haqda hüquqşünasların rəyini nəzərdən keçirərək razılaşdırıb.

Direktorlar şurası bu qənaətə Avropa İttifaqının sanksiyalar qanunvericiliyi sahəsində təcrübəyə malik olan müstəqil hüquq məsləhətçilərinin analizi əsasında gəlib. Ekspertlər qismində “Herbert Smith Freehills”, “Baker Botts” (UK) LLP və LECAP hüquq şirkətlərindən hüquqşünaslar cəlb olunub.

Hüquq məsləhətçilərinin apardıqları hüquqi analizdən belə qənaət yaranır ki, M.Qutseriyev şirkətə nəzarət edən şəxs deyil, onun şirkətdə inzibati, idarəetmə və digər postlara kimisə təyin etmək, vəzifədən çıxarmaq səlahiyyəti yoxdur. Habelə Qutseriyev  Avropa İttifaqının sanksiya nizamlanması normaları ilə nəzərdə tutulmuş şəkildə şirkət üzərində nəzarətə malik deyil.

Şirkətin indiki direktorlar şurası iyunun 28-də seçilib və ora 12 nəfər daxildir. “Rossneft” hazırda ştat rejimində işləyir.

Mixail Qutseriyev Azərbaycanda da iri neft biznesinə malikdir və quruda yerləşən 16 neft yatağını alıb. 2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"