Şarl Mişel Ermənistanda etirazla qarşılandı - FOTOLAR

16 iyul, 2021 23:23

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda səfərdə olan Prezidenti Şarl Mişel qalacağı otelin qarşısında etirazla qarşılanıb.

Azsiyaset.com xəbər verir ki, bir sıra erməni fəal otelin qarşısına toplaşaraq “Shame on you” (Ayıb olsun) şüarı səsləndiriblər.

Onlar Avropa İttifaqını müxalifət nümayəndələrini həbsdə saxlayan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı tənqid etməməmkdə günahlandırıblar. Mişel qaldığı otelə daxil olduqdan sonra etirazçılar dağılıb.