Eldar Həsənovun yerinə təyinat - Onu keçmiş nazir əvəzləyəcək
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri postuna yeni təyinat gözlənilir.
Azsiyaset.com xəbər verir ki, bu vəzifəyə Azərbaycanın sabiq xarici işlər naziri (1999-2004), hazırda ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olan Vilayət Quliyev gətirilməsi qərara alınıb.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.