"Cənnətdə" oturub Azərbaycan banklarını soydu - "COBALT"ın köməyi ilə milyonlar ələ keçirib

17 iyul, 2021 13:25

İspaniyanın Aralıq dənizində yerləşən Kosta Blanka adasında (Valensiya muxtar bölgəsinə daxildir) yerli məhkəmə Azərbaycan da daxil olmaqla bir neçə ölkənin banklarına kiberhücum həyata keçirərək milyonlarla dollar oğurlamış rusiyalı hakerə hökm oxuyub. 

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Denis Tokarenko adlı bu haker  4 il yarım həbs cəzasına məhkum edilib. Eyni zamanda o, 6 milyon dollar cərimə ödəməlidir.

Ağ qumlu çimərlikləri, bütün il boyu mülayim havası ilə məşhur olan Kosta Blanka adası turizm cənnəti hesab edilir və hər il ora 6 milyondan çox turist baş çəkir. 39 yaşlı Denis Tokarenko adlı həmin rusiyalı haker Kosta Blanka sakinidir, San Vicente del Raspeig şəhərində yaşayır. O, kompüter dələduzluğunda, sənədlərin saxtalaşdırılmasında və cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında ittiham olunurdu. Onun rəfiqəsi Yuliya Qluşenkova isə çirkli pulların yuyulmasında iştirak etdiyi üçün 6 ay həbslə və 300 min dollar cərimə ilə cəzalandırılıb.

Bildirilir ki, Denis Tokarenko Kosta Blankada “Denis Katana” ad-soyadı ilə özünə saxta pasport düzəldib və bu adla fəaliyyət göstərib, onun xarici ölkələrdə yaşayan daha 3 nəfərlə əlbir olduğu müəyyən olunub. Amma həmin şəxslərin kimliyini təsbit etmək mümkün olmayıb.

Rusiyalı haker “Cobalt” adlı virus proqramı hazırlayaraq onu Azərbaycan, Belarus və Tayvan da daxil olmaqla bir neçə ölkənin bank işçilərinin kompüterlərinə yoluxdurub. Bu yolla  4 milyon dollardan (istintaqın sübuta yetirə bildiyi məbləğdən söhbət gedir) çox vəsait ələ keçirib. O, 2016-cı ilin iyul ayında cəmi 2 gün ərzində Tayvanın “First Commercial Bank” adlı bankından 2.2 milyon dollar oğurlayıb. Tokarenko 2018-ci ildə İspaniya Milli Polisi tərəfindən Belçika hüquq-mühafizə orqanlarından daxil olmuş informasiya əsasında həbs edilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"