Niyə Ermənistana 2,6 milyard, Bakıya cəmi 140 milyon?

19 iyul, 2021 01:25

Avropa Bilrliyi 2 iyul 2021-ci ildə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 mlrd. avro vəsait ayrılması ilə bağlı qərar qəbul edib.

Azsiyaset.com bakupost.az-a istindla xəbər verir ki, prosesi şərh edən iqtisadçı Natiq Cəfərli Cənubi Qafqaz ölkələri arasında yaxın 5 ildə ən çox dəstək alacaq ölkənin Gürcüstan olduğunu bildirib. Gürcüstan 3,9 mlrd. avro müxtəlif proqramlar çərçivəsində qrant və yatırımlar ala biləcək:

“Ermənistan yaxın 5 ildə son qərarla 2,6 mlrd. avro dəstək olacaq. Azərbaycana isə bu müddətdə cəmi 140 mln. avro vəsait ayrılacaq”.

Ekspert bildirib ki, ilk baxışda bu ayırmalar ayrı-seçkilik kimi görünür, ikili standartlara bənzəyir, amma məsələ fərqlidir:

“Gürcüstan artıq bir neçə ildir ki, AB ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb, məhz bu imza Gürcüstana daha çox yardım ayrılmasına əsas yaradır. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzaladı. Azərbaycan isə ortaq sənədi hələ də imzalamayıb, sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələ artıq razılaşdırılıb. Sual doğuran məsələlər isə ancaq ticarət və iqtisadi məsələlərdir: AB deyir ki, Azərbaycan ÜTT-yə üzv olsun (Dünya Ticarət Təşkilatına), bazarını xarici kapitala və biznesə açsın, şəffaflığı artırsın, vergi və gömrük siyasətini beynəlxal təcrübəyə uyğunlaşdırsın, hava məkanını sərnişin daşıyan şirkətlərə açsın – Azərbaycan hökuməti isə bu məsələləri həll etmək, ölkədə rəqabətli, şəffaf iqtisadi sistem qurmağı gecikdirir”.

Natiq Cəfərli bildirib ki, müqavilə imzalamadığımıza görə Cənubi Qafqazda ən az yardım alan ölkəyik:

“Bizim bəzi KİV-lər elə təqdim edirlər ki, sanki Ermənistana elə indi, birdəfəlik 2,6 mlrd. avro pul veriləcək. Bu, belə deyil. Vəsait 5 ilə nəzərdə tutulub, hər il ayrılan vəsaitin şəffaf xərclənməsi ilə bağlı hökumətlər hesabat verdikdən sonra növbəti tranş ayrılır. Və vəsaitin böyük bir hissəsi heç Ermənistana çatmayacaq da - infrastruktur layihələrini AB şirkətləri həyata keçirəcək, vəsait Ermənistan vasitəsi ilə onlara ödəniləcək”.

Ekspertin sözlərinə görə, Azərbaycanın AB ilə ticarət dövriyyəsi, iqtisadi əlaqələri, AB-nin ölkəmizə yatırımları digər iki Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsi və yatırımlarından dəfələrlə çoxdur:

“Məsələn, 2020-ci ildə Azərbaycanla AB-nin ticarət dövriyyəsi 9 mlrd. 340 mln. dollar olub, Ermənistanın isə cəmi 1 mlrd. dollardan bir az çox. Yəni, biz Azərbaycan olaraq AB üçün daha maraqlı, daha cəlbedici ölkəyik, AB ilə münasibətləri tənzimləyən yeni, daha detallı müqavilə mütləq bu il ərzində imzalanmalıdır. Yeni müqavilədən sonra AB ilə vizasız gediş-gəlişdən tutmuş ticarət əlaqələrinə, yatırımlara qədər yeni fürsətlər açılacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"