"Üstümüzdən "Bayraktar" uçsa kim onu görəcək? - Allahın ümidinə qalan kəndlilər?..."

19 iyul, 2021 09:57

Yunanıstan mediası Albaniyanın Türkiyədən 5 ədəd “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi sifariş verməsini ciddi narahatlıqla qarşılayıb.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, yunan mediası Türkiyənin pilotsuz sistemlərin ixracını getdicə genişləndirdiyini qeyd edir. “Star” qəzetinin hazırladığı xülasədə bildirilir ki, yunan mediasında Azərbaycan Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri sayəsində Qarabağda müharibənin gedişatını dəyişdirdiyini yazırlar. Polşa isə bu yaxınlarda Türkiyədən “Bayraktar” sifariş verən ilk NATO ölkəsi oldu.

Habelə Mərakeş, Tunis və Ukrayna da artıq “Bayraktar”lar alıblar. Albaniya isə 2020-ci ildə bu pilotsuz təyyarələrdən 5 ədəd sifariş verib. Bildirilir ki, “Bayraktar”ların radarları 5 kilometr məsafədən hədəfləri təsbit edir və onlara MAM-L və MAM-C “ağıllı” raketləri ilə dəqiq zərbələr endirir.

Yunan mediası yazır ki, Albaniyanın Türkiyədən alacağı PUA-lar Yunanıstan üçün təhdid təşkil edəcək. “Tək başına Yunanıstan üçün təhdid təşkil etməyən Albaniya Türkiyə ilə işbirliyi halında son dərəcədə təhlükəli hala gələ bilər”,-yunan mediasında bildirilir.

Türkiyə mediası bu yazılanlardan sitat gətirib qeyd edir ki, Yunanıstanda Albaniyanın “Bayraktar”ları Epir və şimali İon adaları üzərindən uçuşlar keçirmək üçün istifadə edə biləcəyindən narahatdırlar. Çünki bu adalarda Yunanıstanın hərbi iştirakı zəifdir və hava hücumundan müdafiə sistemi yoxdur.

“Albaniya PUA-ları yunan torpaqları üzərindən uçsa onları kim görəcək? Dövlətin Allahın ümidinə buraxdığı Pagonios kəndlərinin bir neçə sakinimi? Ümid etmək qalır ki, gələcəkdə Albaniya PUA-larının Yunanıstan hava məkanına daxil olması və yunan təyyarələrinin onların qarşısını alması kimi xəbərlər eşitməycəyik. Çünki daha da təhlükəli və nəzarətdən çıxa bilən vəziyyətlərlə üzləşərik”,-yunan mediası yazır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"