Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa...

20 iyul, 2021 10:16

“Ermənistan cəhd edir ki, prosesə ABŞ və Fransanı Minsk qrupunun həmsədri kimi qoşsun. Məqsəd də ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin statusla bağlı məsələsi həllini tapsın, guya onlara status verilsin. Amma Azərbaycan üçün bu məsələ artıq qapanıb”.

Azsiyaset.com xəbər verir ki, bunu reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Ermənistanın və onların beynəlxalq aləmdəki himayədarlarının Qarabağda yaşayan ermənilərə status verilməsi kimi əsassız tələblərindən danışarkən deyib.

O. Qasımov xatırladıb ki, Dağlıq Qarabağa status 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Sovetinin qərarı ilə verilib: “Yəni bu, beynəlxalq status olmayıb, ölkə daxilində hökumətin verdiyi qərar olub. Bunun beynəlxalq hüquqa və ya beynəlxalq səviyyəyə çıxmasına nə ehtiyac var, nə də əsas.

İkincisi, ATƏT-in Minsk qrupu ona görə yaradılıb ki, Ermənistan və Azərbaycan arasında vasitəçilik edərək bu məsələnin həllinə nail olsun. Minsk qrupunun əsas vəzifələrindən biri BMT-nin işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı olub. Minsk qrupunun qarşısına heç bir halda hansısa status məsələsinin müzakirəsi və onun gündəmə gətirilməsinə dair məsələ qoyulmayıb. Onlara verilən mandat imkan vermir ki, absurd status məsələsini gündəmə gətirərək bunu Azərbaycana sıramağa cəhd etsinlər. Eyni zamanda ölkələrin suverenlik hüquqları buna imkan vermir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, status söhbəti 1998-ci ildən sonra gündəmə gətirilməyə başlanıb: “Minsk qrupunun həmsədri olan və Ermənistanı müdafiə edən bu ölkələr əslində hərbi, iqtisadi və siyasi cəhətdən İrəvanı dəstəkləyiblər”.

Analitik xatırladıb ki, əslində status mövzusu işğalın nəticələri ilə bağlı məsələdir: “1998-ci ilə qədər aparılan danışıqlarda status mövzusu prioritet sayılmayıb. Orada sadəcə, “torpaqlar əvəzinə sülh prinsipi” ortaya qoyulub. Ermənistanda Köçəryan hakimiyyətə gəldikdən sonra status məsələsi Minsk qrupunun həmsədrləri tərəfindən qabardılıb və dəstəklənib. Ancaq bu gün işğal faktı böyük mənada ortadan qardırılıdığından, bu işğalın nəticəsi olaraq ortaya çıxan status məsələsi də əslində həllini tapıb. Məncə, məsələyə bu istiqamətdən yanaşmalıyıq. Status məsələsi işğalın törətdiyi nəticə idi. İşğal faktı böyük ölçüdə ortadan qaldırıldığından status məsələsi də bizim üçün bitib. Məsələ əslində belə qoyulmalı və biz bu mövqeyimizdə sərt olmalıyıq”.

O. Qasımov bir daha qeyd edib ki, Minsk qrupu statusa dair görəvləndirilməyib və onun belə bir mandatı da yoxdur. Bu, Azərbaycanın daxili məsələsidir. Belə iddialarda olan ölkələrə Azərbaycan sərt cavab verməlidir.

O. Qasımov sonda əlavə edib ki, əgər Ermənistan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımayacaqsa, heç dünəndən tanımasın: “Əvvəla indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ermənistan bizim ərazi bütövlüyümüzü tanımayacaqsa, bu o deməkdir ki, biz də onu tanımayacağıq. Bu hal imkan verir ki, biz İrəvana, Göyçəyə, Dərələyəzə, Zəngəzura, Vediyə, Ağbaba mahalına və Dağlıq Borçalı deyilən ərazilərə iddiamızı ortaya qoyaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"