"Sərhəddə baş verən insidentlərdən narahatıq" - ABŞ səfirliyi
20 iyul, 2021 22:33
“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır.”
Azsiyaset.com xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsindəki paylaşımında yazılıb.
“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, - paylaşımda qeyd olunub