Putin anlamalıdır ki, Azərbaycan üçün "kompromisin" limiti var

21 iyul, 2021 10:59

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında gedən II Qarabağ müharibəsinin ardından 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar qəbul edilib. Kreml müharibəni 2020-ci il noyabrın 10-da dayandırmaqla Ermənistanı və Qarabağdakı erməni separatçılarını daha ağır məğlubiyyətdən xilas etdi. Rusiya yeganə ölkədir ki, bu ölkənin prezidentinin dəvətiylə həm Ermənistanın baş naziri, həm də Azərbaycanın prezidenti Moskvada müzakirə aparmağa hazırdı. Kreml sahibi də bu mövqeyindən istifadə edir.

Azsiyaset.com xəbər verir ki, bölgədəki mövcud durumu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Ermənistanda parlament seçkisinin nəticəsi bəlli olduqdan sonra qələbə çalan Nikol Paşinyan Moskvaya dəvət edildi və Rusiya prezidenti Vladimir Putinlə işçi görüş keçirildi. Vladimir Putin balansı pozmasın deyə bu dəfə Azərbaycan prezidenti İlham Əliyevi Moskvaya işgüzar səfərə dəvət etdi. İlham Əliyev iyulun 20-də Putinlə görüşdü.

“Qurban bayramı münasibətilə İlham Əliyevi təbrik edən Vladimir Putin gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklərini xatırlatdı. İqtisadi münasibətlərdən məmnun qaldığını deyən Kreml sahibi bölgədəki fikirlərini belə ümumiləşdirdi: “Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm””.

Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir?

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul etdirmək üçün İrəvana təzyiqi artırmır.

“Qalib kimi tələblərimizin siyahısı bəllidir: Laçın dəhlizi nəzarətimizə keçməli, Qarabağdakı separatçılar tərksilah olulmalı, Qazaxın -7, Naxçıvanın – 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlat atılmalıdır. Azərbaycanın bir başqa kompromisi odur ki, atəşkəsi pozan – Ağdama, Şuşaya, Kəlbəcərə, Tovuza atəş açan Ermənistanı “dəmir yumruq” əməliyyatını davam etdirməklə cəzalandırmır. Nikol Paşinyan razılaşmaların əksinə olaraq nəqliyyat dəhlizinin açılmasını da yubadır. Ona görə də Kreml sahibi anlamalıdır ki, Azərbaycan üçün “kompromisin” limiti var”.

Ekspert xatırladıb ki, Kremldə dünən keçirilmiş görüşdə İlham Əliyev cavab nitqində bölgədəki vəziyyətlə bağlı Putinə bunları dedi: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Bu abzas o deməkdir ki, Vladimir Putin Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. İlham Əliyev bu abzasda bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlədib. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir”.

Siyasi şərhçinin sözlərinə görə, İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə böyük ehtimalla ona Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib və Rusiya şirkətlərini də bölgədəki çalışmalara dəvət edib.

“Ancaq bir ölkə ki, səfirinə Şuşaya getməyi qadağan edib, həmin ölkənin rəhbərliyinin şirkətlərinə işğaldan azad edilmiş bölgələrdə fəaliyyətə yaşıl işıq yandıracağını gözləmək yersizdir. Əsas odur ki, Rusiya bizə Ermənistanla sərhədi müəyyənləşdirməyə mane olmasın. Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq. Bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz edəcəyik. Kreml sahibi heç şübhəsiz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bəyanatlarında “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadələriylə tanışdır. Bu məsələdə kompromisin limiti bizim üçün 5 ildir, 1ili başa çatmaq üzrədir, 4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər. Buna həm özümüz, həm də Moskva hazır olmalıdır”.

05 noyabr

17:16 - Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək mümkündürmü? - ƏƏSMN-dən daha bir ümidsiz açıqlama17:12 - "Azəristiliktəchizat" abonentləri məhkəməyə verib - Əhaliyə qarşı hücum17:09 - Gəncləri qumarla məhv edən "bandit"in istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu

03 noyabr

12:45 - Ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı müzakirələrə aydınlıq gətirildi - VİDEO09:08 - Çin dolları sıxışdırır - "Financial Times"09:05 - Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi09:02 - Ermənistanda katolikos II Qareginin qardaşı və onun oğlu saxlanılıb

27 oktyabr

09:41 - "Bu şəraitdə kim bu cür bizneslə məşğul olmaq istəyər?" - İqtisadçı09:39 - "Azərbaycan Rusiya mallarının Ermənistana tranzitinin mümkünlüyünü təsdiqləyib" - Overçuk09:36 - Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb?

22 oktyabr

11:09 - Avropa və Ukrayna 12 bəndlik plan hazırlayır - "Bloomberg" nəşri11:08 - Azərbaycan təyyarəsi İrəvana getdi - Nə baş verir?

20 oktyabr

15:09 - Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti "Veysəloğlu" Şirkətlər Qrupunda olub - FOTOLAR12:13 - Tramp Zelenski ilə görüşdə özündən çıxıb: xəritələri yerə atıb, onu həsdələyib - "Financial Times" nəşri12:11 - Eldar Mahmudovun vəkilindən yayılan xəbərlərə - Reaksiya

14 oktyabr

12:33 - Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalanıb12:31 - Qəzza müharibəsi başa çatdı - Kim itirdi, kim qazandı...12:29 - Venesuela Nobelə görə Norveç səfirliyini bağladı

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...