Makronu da "Pegasus"la izləyiblər - Baş nazirin və 14 nazirin telefonlarına yüklənib

21 iyul, 2021 14:44

İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının Azərbaycan da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində siyasətçiləri, jurnalistləri, insan haqları fəallarını, biznesmenləri, hökumət üzvlərini izləmək üçün istifadə olunması ətrafında qalmaqal davam edir.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, xarici xüsusi xidmət orqanları bu casus proqramın köməyi ilə Fransa prezidenti Emmanuel Makronu da izləyiblər. Bu haqda “Le Monde” qəzeti yazır. Bildirilir ki, casus proqram habelə baş nazir Eduar Filipin və Fransa hökumətinin 14 nazirinin telefonlarına yüklənib. Yelisey sarayından bildiriblər ki, bu informasiya təsdiqlənərsə “ciddi addımlar” atılacaq. Fransa rəhbərliyini 2019-cu ildən etibarən Mərakeş xüsusi xidmət orqanlarının izlədiyi bildirilir.

Mərakeş xüsusi xidmət orqanları “Pegasus” proqramı ilə Fransada təkcə prezident Makronu və onun nazirlərini deyil, jurnalistləri də hədəf alıb. Xəbərlərə görə, Fransanın  “Mediapart” internet saytı Mərakeş məxfi xidmətlərinin İsrailin “NSO Group” şirkətinin “Pegasus” proqramından istifadə etməklə portalın iki müxbirinin telefonuna müdaxilə etdiyi barədə rəsmi şikayət verib.

Fransa prokurorları bu şikayət əsasında yerli təhqiqat saytı jurnalistlərinin İsrail istehsalı casus proqramı vasitəsilə güdüldüyünə dair iddiaların araşdırılmasına başlayıblar. Fransada iyulun 20-də açılmış araşdırma 10 ittiham üzrə aparılacaq. Bu ittihamların arasında şəxsi həyata müdaxilə, elektron cihazlara qanunsuz daxilolma və kriminal təşkilatlanma kimi ittihamlar var. Mərakeş isə “əsassız və saxta” adlandırdığı iddiaları rədd edir.

Dünya boyunca siyasətçilər və media qrupları avtokratik rejimlərin “Pegasus” prorqamından istifadə ilə jurnalistlərin, rəsmilərin və insan haqları fəallarının mobil telefonlarını dinlədiyinə dair xəbərlərdən hiddət bildiriblər. Xatırladaq ki, 17 media təşkilatının, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) ilə birgə apardığı təhqiqatın nəticəsi iyulun 18-də açıqlanıb. “NSO Group” şirkətinin müştəriləri arasında Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri var.

“Pegasus” iPhone və Android mobil telefonlarını ziyanlı virusa yoluxdurmaq və istifadəçinin telefon söhbətlərinə, SMS mətnlərinə, elektron poçtlarına, GPS datasına müdaxilə etmək imkanı verir. Bu proqram habelə mikrofon və kameraları məsafədən işə sala bilir. Xatırladaq ki, Azərbaycanda telefonlarına bu casus proqramın yükləndiyi jurnalistlər arasında haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin və saytımızın məhkəmə reportyoru İnarə Rafiqqızının da adları yer alır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"