Arzumanyan gedir, bəs onun "ordusu"?

22 iyul, 2021 13:03

Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində ötən həftə kütləvi kadr dəyişiklikləri baş verib. Xəbər verildiyi kimi, Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin ardınca lovğa və yekəxana, hərb işindən anlayışı olmayan müdafiə naziri David Tonoyan istefa verib səhnədən “yoxa çıxdı”. Onun yerinə bir vaxtlar müdafiə naziri vəzifəsini tutmuş general Vaqarşak Arutyunyan təyin edildi. Arutyunyanın qarşısına müharibədə darmadağın edilmiş ordunun bərpası vəzifəsi qoyulmuşdu, amma ötən 8-9 ay ərzində Ermənistanda ordu adlana biləcək strukturu görən olmadı. Arutyunyan isə zəif və iradəsiz biri kimi yadda qaldı. Nəhayət o istefa verdi və Paşinyan Baş qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini, eyni zamanda nazirin səlahiyyətlərinin icraçısı təyin etdi.

Arşak Karapetyan özü də yüksək peşəkar qabiliyyəti ilə fərqlənən biri deyil. 2016-cı ilin aprel döyüşləri zamanı o, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi idi və Ermənistan ordusunun aldığı qəfil zərbələrdən sonra Serj Sərkisyan (o vaxtkı prezident)  Karapetyanı vəzifəsindən uzaqlaşdırmışdı. Hərçənd indi Karapetyan vəd edir ki, orduda islahatlar “sürətlə və ləngimədən” aparılacaq. Yəni o, darmadağın edilmiş ordunun qalıqlarından tezliklə yeni ordu qurmağı vəd edir, hərçənd Ermənistanda bunun üçün resurslar yoxdur və deməli Karapetyanın vədləri də real deyil.

Ermənistanda nəşr edilən “Past” qəzeti isə yazır ki, dəyişikliklər yaxın vaxtlarda qondarma “dqr müdafiə nazirliyini” də əhatə edəcək. Məsələ belədir ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə qanunsuz separatçı rejimin elementləri, o cümlədən “müdafiə nazirliyi” hələ də öz mövcudluğunu (formal şəkildə olsa da) saxlamaqdadır. Həmin “nazirliyə” müharibənin sonlarına doğru “nazir” vəzifəsinə təyin edilmiş general Mikael Arzumanyan rəhbərlik edir. Onun nəzarətində təxminən 18 minlik qanunsuz silahlı birləşmənin qaldığı məlumdur.

Nəşrin yazdığına görə, Arzumanyan da istefa vermək istəyir və daha Paşinyanla, onun Xankəndindəki adamı Araik Arutyunyanla işləmək niyyətində deyil. Paşinyan və onun komandası isə Arzumanyanı dilə tutub onun Ermənistanda hansısa vəzifə tutması üçün yola gətirməyə çalışır. Amma Arzumanyan qətiyyən bu təkliflərlə razı deyil. Üstəlik bildirilir ki, Arzumanyan getsə onun yerinə təyin etməyə adam da praktiki olaraq qalmayıb.

Bir vaxtlar Azərbaycan ərazilərinin işğalında iştirak etmiş və düşmənin Kəlbəcər polkunun komandiri olmuş  Arzumanyan ola bilsin ki, daha həmin qondarma vəzifədə işləmək istəmir. Çünki başa düşür ki, artıq Qarabağda nə statusdan, nə “dqr ordusundan” danışmağın mənası yoxdur. Məsələ bitib və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qanunsuz rejim öz formal mövcudluğunu saxlasa da orada qalan qanunsuz silahlı birləşmələrin tərksilahı məsələsi aktuallığını qoruyub saxlayır. Status məsələsi və münaqişə artıq arxada qalıbsa Arzumanyanın qondarma “ordu”nun general mundirlərini də çıxarması qaçılmaz olacaq. Lakin indiki halda onun “ordusunun” tərksilah edilməsi məsələsi necə və nə vaxt həyata keçiriləcək, Rusiya sülhməramlıları bu qanunsuz qruplaşmanı fəaliyyətinə daha nə qədər şərait yaradacaq, hələlik bu aydın deyil...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"