İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?

24 iyul, 2021 12:28

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması təsadüfi hal deyil. Bildiyimiz kimi, məhz bu istiqamətdə açılan atəş nəticəsində Azərbaycan ordsunun giziri şəhid oldu. Əslində nə baş verir?

Ermənistan dövlət sərhədlərimizi niyə atəşə tutur?

İyul ayının 22-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində “status” və “Dağlıq Qarabağ”la bağlı sərgilədiyi növbəti qətiyyətli mövqe Ermənistanın müharibədən sonrakı - “diplomatik” müstəvidə olan məğlubiyyətinin ifadəsi idi. Məhz bu çıxışdan sonra Ermənistan rəhbərliyi bird aha anladı ki, bundan sonra Dağlıq Qarabağa status tələb etmək əbəs və məntiqsiz addım olacaq. Cəmi 1 gün sonra - iyul ayının 23-də Ermənista təxribata əl ataraq dövlət sərhədimizi atəşə tutdu. Ümumiyyətlə, “Dağlıq Qarabağ”, “status” ifadələri leksikondan birdəfəlik çıxarılmalıdır. Bizim qələbəmizi şəksiz edən faktorlar bütün çılpaqlığı ilə ortadadır və biz artıq “Zəngəzur Azərbaycandır!” deyirik. Və ən əsası, Ermənistan başa düşür ki, gələcəkdə Xankəndini öz əhatə dairəsində saxlaya bilməyəcək.

Digər tərəfdən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətmədi. Bu, ermənilərin böyük məyusluğuna gətirib çıxardı. Ancaq Prezident İ.Əliyevin də dediyi kimi, Şarl Mişelin İrəvanda olarkən sərhəd ərazilərini “mübahisəli ərazilər” adlandırması ilə də biz razı ola bilmərik: “Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.

Bundan başqa, Azərbaycan Prezidentinin günbəgün möhkəmlənən mövqeyi Ermənistan rəhbərliyini dərindən narahat etməkdədir. Görünür, İ.Əliyevin iyul ayının 20-də Moskva səfəri və Putinlə mühüm əhəmiyyət kəsb edən görüşü Ermənistanın Qarabağla bağlı bütün ümidlərinin üstündən xətt çəkib. Heç şübhəsiz, Rusiya Azərbaycanla vacib dost və strateji müttəfiqdir. Azərbaycan Rusiya üçün ən əhəmiyyətli çoğrafiyadır. Azərbaycanın qaldırdığı məsələlərin Rusiya tərəfindən dəstəklənməsi anlaşılandır. Müharibədə qələbə əldə etmiş, hazırda böyük imkanlarının Qarabağın bərpasına yönəltmiş Azərbaycanla məğlubiyyətə duçar olmuş, heç bir resursa malik olmayan Ermənistan Rusiya üçün eyni dərəcədə əhəmiyyət kəsb edə bilməz. Odur ki, Azərbaycanın şərtlərinin, təkliflərinin və irəli sürdüyü reginal layihələrin Rusiya tərəfindən də dəstəklənməsi birmənalı şəkildə alternativsizdir. Görünən budur ki, İ.Əliyev Ermənistanı növbəti dəfə dalana dirəyən qətiyyətli qərarlarını Putinlə görüşü zamanı da dəyişməyib.

“Dağlıq Qarabağ”, “status” xülyası və Ermənistanı məğlub edən tarxi fakt…

Ermənilərin 44 günlük müharibədən nəticə çıxarmamaları onlar üçün ağır fəsadlara yol açacaq. İ.Əliyevin Dövlət Televiziyasına müsahibəsi zamanı erməni iddialarının əsassız olduğunu tarixi sitatlarla darmadağın etməsi Ermənistan rəhbərliyini məyus edən ciddi amildir: “Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna. Nə üçün ondan sonra Dağlıq Qarabağ sözündən istifadə olunurdu? Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox”.

İ.Əliyev daha sonra qeyd edir: “… hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur…”.

İlham Əliyevin Ermənistanı təşvişə salan sözlər… - “Ora bizm ayağımızın altındadır”

Prezident İlham Əliyev müsahibə zamanı Xankəndi ilə bağlı söylədiyi fikirlər hazırda Ermənistan rəhbərliyini təşvişə salıb. Bu, hansı sözlərdir? Diqqət edək. Ermənistan Xankəndiyə status istəyir. İlham Əliyev isə deyir: “Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır”.

Ermənistan başa düşür ki, İ.Əliyevin bu fikirlərində hərbi, siyasi və tarixi mesajlar var. Biz müharibə zamanı ən çətin relyeflərdən keçərək torpaqları işğaldan azad etdik, müharibədən öncə mühüm yüksəkliklər ermənilərdə olsa da, onlar bu yüksəklikləri qoruyub saxlaya bilmədilər. İndi ayağımızın altında görünən Xankəndini götürə bilməyəcəyik? Bilərik! Amma görünən budur ki, Xankəndini taleyi fərqli olacaq, bir güllə atmadan orada yaşayan əhalinin xahişləri ilə bir gün ora da biz də olacaq: “Bir də bilirsiniz, gəlin belə danışaq, bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”.

100 ilin strategiyası - Dağlıq Qarabağ Muxtar Vilayətindən Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasına…

Məlumdur ki, Prezidentin sərəncamı ilə 7 iyul 2021-ci il tarixində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Bundan təxminən bir əsr əvvəl - 1923-cü il iyul ayının 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Təsadüfdürmü? Xeyr! Elə İ.Əliyevin özü bu məsələnin əhəmiyyətindən danışır: “Mən sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur!”.

İ.Əliyev status tələb edənlərə daha yaxşı bir təklif də verir:

“Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə…”.

Ermənistanın düşünməli olduğu məqamlar çoxdur. İ.Əliyevin sonuncu müsahibəsi Ermənistan rəhbərliyi tərəfindən dərindən təhlil olunmalı və nəticələr çıxarılmalıdır. Sərhəddə təxribatlar törətmək acizliyin əlamətidir. Bu, həm də Ermənistanın təkcə cəbhədə deyil, elə diplomatic müstəvidə də məğlubiyyətinin göstəricisidir. Sərhəddə güllə atmaqla Azərbaycanı nəyəsə məcbur edəcəyini düşünmək axmaqlıq və sadəlövlükdür.

Samir Feyruzov

Azsiyaset.com

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?