"Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN

24 iyul, 2021 13:00

“İran tərəfləri sülhə çağırır”.

Azsiyaset.com ISNa-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Azərbaycan və Ermənistan arasındakı dağınıq silahlı toqquşmalara toxunan Xətibzadə Cənubi Qafqazda sülhün mümkün qədər tez əldə edilməsinin vacibliyini vurğulayıb.

XİN sözçüsü sərhəddə bir neçə nəfərin öldürülməsi və yaralanmasına görə məyus olduğunu və sərhəd mübahisələrini təmkin və sülh yolu ilə həll olunmağa çağıran açıqlama verib.

Mətbuat katibi deyib:

“İran bölgədə barışığa nail olmaq üçün lazım olan istənilən yardımı göstərməyə hazırdır”.