Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT

24 iyul, 2021 14:22

Məlum olduğu kimi, dünən - iyul ayının 23-də Prezident İlham Əliyevin sərəncamları ilə bir neçə səfir - Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri Qaley Əliyeviç, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə,  Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov geri çağırıldı. 

Azsiyaset.com-a daxil olan məumata görə, Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov da geri çağırılacaq. Bu barədə müxtəlif rəsmi koridorlarda və ictimaiyyət arasında məlumatlar yayılmaqdadır. Bildirilir ki, N.Məmmədovun geri çağırılması onun 44 günlük Vətən Müharibəsi zamanı öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsidir. 

Heç kəsə sirr deyil ki, İraqdan kürd terror təşkilatının xeyli sayda üzvləri Qarabağa gətirilmişdi və müharibə zamanı onlar Azərbaycana qarşı döyüşürdülər. Tələbaninin himayə etdiyi terrorçular Zəngəzur vasitəsilə və Süleymaniyyədən təyyarə relsi ilə İraqdan Qarabağa göndərilmişdi. Əsir götürülən erməni Albert Mikayelyan Qarabağa təkcə kürd əsilli 1500-dən artıq döyüşçü gətirildiyini bildirmişdi.

Azsiyaset.com-a daxil olan məlumatlara görə, N.Məmmədov bütün bu hadisələrdən xəbərdar olub və terrorçuların Qarabağa gətiriləcəyi ilə bağlı onda müfəssəl məlumatlar var imiş. Lakin o, şəxsi karyerasını, eləcə də İraqdakı imtiyazlarını sual altına qoymamaq və orada əldə etdiyi geniş çevrə ilə “münasibətlərini” korlamamaq üçün rəsmi Bakını vaxtında məlumatlandırmayıb. Həmçinin, kürd terrorçuların Qarabağa göndərilməməsi üçün İraqda vəzifəsindən irəli gələn heç bir addım atmayıb.

Redaksiyamıza daxil olan digər məlumata görə, N.Məmmədov 2020-ci ilin iyul ayında həbs edilən XİN-in Konsulluq İdarəsinin keçmiş rəisi Faiq Bağırovun kadrıdır. N.Məmmədovun ölkənin xarici siyasət sistemindəki yüksəlişi məhz F.Bağırovun adı ilə bağlıdır.

Qeyd edək ki, XİN-in Konsulluq İdarəsinin keçmiş rəisi F.Bağırov Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi üçün əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasında şübhəli bilinərək həbs edilmişdi.

Azsiyaset.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"