"Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov

24 iyul, 2021 18:46

"Zəngəzur, Göyçə, İrəvan, Basarkeçərin və s. bizim dədə-baba torpağı olmasının heç bir şübhə yoxdur.  Və bu tarixi faktdır ki, vaxtilə həmin torpaqlarda yaşayan soydaşlarımız ermənilər tərəfindən deportasiya edilib. Bunu heç kəs inkar edə bilməz".  

Azsiyaset.com xəbər verir ki, bunu bəzi xarici qüvvələrin son vaxtlar Azərbaycan Prezidentinin öz çıxışlarında Zəngəzur, Göyçə, İrəvanın və s. tarixi dədə-baba torpaqlarımız olması və soydaşlarımızın oralara qayıtmasının vacibliyini vurğulamasının Ermənistana ərazi iddiası kimi dəyərləndirilməsinə münasibət bildirən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov  ifadə edib. 

"Tarixi ədaləti bərpa etmək üçün isə Azərbaycanın güclü olması gərəkdir. Və təbii ki, Azərbaycan öz müttəfiqləri vasitəsilə də bu məsələnin həllinə çalışacaq. Yəni bizim əhalinin indi "Ermənistan" adlanan torpaqlara qayıtması hələ heç də həmin ərazilərin toxunulmazlıq prinsipinə zidd deyil. Çünki söhbət həmin ərazilərin ilhaqından yox, o torpaqların köklü əhalisinin geri dönməsindən gedir.  BMT-nin qəbul etdiyi sərhədlər daxilində Ermənistan da öz dövlətini  yaşada bilər. Ancaq Azərbaycan insanlarının bəhs edilən torpaqlara qayıtması onların təbii haqqıdır"- deyə açıqlamasının davamında istiqlalçı deputat söyləyib.

"Zəngəzur dəhlizi məsələsi həll olunsa, Xankəndi, Xocalı və digər ərazilərdə suverenliymizin bərpası öz həllini asanlıqla tapacaqmı? Ortalıqda Qarabağda faktiki hərbi kontingenti olan Rusiya faktoru da var..." sualına cavabında isə  Etibar Məmmədov bunları söyləyib.

"Qarabağda Rusiya faktoru olmasına, var. Ancaq hələlik qüvvələr nisbəti belədir ki, bu gün Rusiyanın  mövqeyi  Azərbaycan dövlətinin mövqeyinə zidd deyl. Çünki Rusiya dövlət başçısı da dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycan öz ərazilərində müharibə aparır və öz torpaqlarını azad etmək onun təbii haqqıdır. Halbuki Minsk Qrupunun digər həmsədrlərindən Fransa Azərbaycanı "işğalçı" adlandırıb  və ordumuzun azad etdiyi ərazilərdən çıxması haqda Fransa senatının  bəyanatı da var. O biri həmsədr ABŞ-ın Dövlət katibi Entoni Blinken isə elə hakimiyyətə gələn kimi Azərbaycan qarşısında azad etdiyi ərazilərdən çıxması tələbini  qoymuşdu...

Yəni Minsk Qrupunun 3 həmsədrindən ikisi Azərbaycanın təbii haqqını  dolayısıyla da olsa, tanımamaq mövqeyindədir. Rusiya isə Azərbaycanın bu haqqını tanıyır. Ona görə də hələlik Rusiya ordusunun  keçmiş Dağlıq Qarabağ ərazisində guya ki, sülhməramlı qüvvə kimi qalması məsələsi bizim üçün daha sərfəlidir, nəinki oraya ermənilərin də təşəbbüs göstərdiyi kimi, Fransa və ABŞ-ın birgə qoşun birləşmələrinin yerləşdirilməsi. Və hətta nənki Qarabağa, Ermənistanla sərhədə də bu iki ədalətsiz həmsədrin qoşunlarının yerləşdirilməsi planı mövcuddur. Təbii ki, Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.  Ancaq nəzərə almaq lazımdır ki, bu iki dövlət faktiki Ermənistanın müttəfiqi kimi çıxış edir. Və yada salaq ki, 100 il bundan öncə Sevr müqaviləsindən sonra məşhur Vilson planı var idi. Həmin plana əsasən  Azərbaycanın yarıdan çoxu, Türkiyənin də böyük bir hissəsi Ermənistana verilməli idi. Yəni ABŞ-ın mövqeyi o vaxtdan belə olub. Fransa da Ermənistanın təbii müttəfiqidir və açıq-aşkar öz mövqeyini bildirir. Onların yenə də BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təcavüzkar kimi tanınması məqsədilə yeni bir qətnamə qəbul olunması üçün təşəbbüs göstərmək ehtimalı var. Bunun qarşısını real olaraq ala biləcək yeganə qüvvə isə  veto hüququna malik Rusiyadır.

Yada salaq ki, bir dəfə də bunun qarşısını Böyük Britaniya alıb. Ancaq bu dəfə onun  hansı mövqedə olacağını da bilmirik. Yəni Avropa Birliyi və ABŞ-la Rusiyanın mövqeyinin toqquşması  hələki Azərbaycanın əleyhinə qərar qəbul olunmasına imkan vermir. Odur ki, bizim indiki siyasi taktikamız eyni zamanda rəqiblərin hamısına qarşı vuruşmaq deyil, onları bir-birilə vuruşdurub öz mövqelərimizi möhkəmləndirməkdən ibarət olmalıdır" -deyə AMİP lideri vurğulayıb. (Moderator.az)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI