Rusiyada skandal - Kommunistlər ayağa qalxdı

25 iyul, 2021 00:45

Putinə seçkidə rəqib olmuş Pavel Qrudinini qeydiyyata almadılar; Züqanovun partiyası payızda hakimiyyətə ciddi problemlər yarada bilər... 

Rusiyada sentyabrın 17-19-da Dövlət Dumasına keçiriləcək seçkilərdə namizədlərin qeydiyyat mərhələsində ilk skandal qərar Kommunistlər Partiyasını ayağa qaldırıb.  Mərkəzi Seçki Komissiyası partiya siyahısında namizədliyi irəli sürülən Pavel Qrudinin seçki yarışından kənarlaşdırılması barədə qərar verib. Buna səbəb isə Qrudinin keçmiş həyat yoldaşı İrina Qrudinanın MSK sədri Ella Panfilovaya göndərdiyi müraciət olub. İrina Qrudinina məktubunda göstərib ki, keçmiş həyat yoldaşı onu daima təhdid edir və Qrudinin deputat mandatı alarsa, bundan istifadə edərək həyatına yeni təhlükələr yaradacaq.

“Bir şeyi dəqiq bilirəm: o, qisasçı, nifrət edən, hər şeyə qadir insandır. Bu müraciət deyil, ürəkdən gələn bir fəryaddır. Məni eşidin: bir MSK sədri kimi deyilsə, bir qadın olaraq. Millət vəkili olduqdan sonra Qrudinin məni yaşatmayacaq. Bunun qarşısını almaq sizin ixtiyarınızdadır - sadəcə bunu anlamalı və haqlı olduğuma əmin olmalısınız”. Keçmiş xanımın vəkililləri isə iddia ediblər ki, Qrudinin xaricdə hesabları var və bunu sənədlərdə gizlədib. Beləliklə, MSK vaxtilə prezident seçkilərində Putinin rəqibi olmuş Qrudinin namizədliyini qeydə almaqdan imtina edib. 

Kommunist Partiyasının lideri Gennadi Zuqanov dərhal bəyan edib ki, namizədlərinin qeydiyyata alınması üçün məhkəməyə müraciət edəcəklər. “Əminəm ki, məhkəmə ədaləti bərpa edəcək. Hələ vaxtımız var ”deyə, partiya sədri deyib. Züqanov bəyan edib ki, MSK-nın qərarı tamamilə qanunsuz və anormaldır. 

Kommunist Partiyasının Moskva komitəsinin sədri Valeri Raşkin də deyib ki, Pavel Qrudinin namizədliyinin qeydə alınmaması Rusiya qanunvericiliyinə ziddir: "MSK “Vahid Rusiya”nın maraqları naminə hərəkət edir, buna görə də konstitusiyaya gözücuda baxmır”. Məlumdur ki, müxalifətə yaxın bir sıra təşkilatların üzvlərinin və tərəfdarlarının deputat seçilməsini qadağan edən qanun layihəsini prezident bir müddət öncə təsdiq edib. Həbsdə olan müxalifətçi Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu zatən başqa bir qanuna əsasən, "xarici agent" elan edilib. 

Kommunistlər uzun müddətdir sistem müxalifətinin sırasındadır. Amma 2020-ci ilin yayında  açıq şəkildə konstitusiya referendumuna  qarşı çıxan Kommunist Partiyasına Kremlin münasibəti ciddi şəkildə dəyişdi. Onların Putinin siyasi hakimiyyətinin uzadılmasını da hədəfləyən bu düzəlişlərə heç olmasa bitərəf qalmağı deyil, məhz əleyhinə olmaları Kremllə “qırılma nöqtəsi” hesab edirlər. Züqanovun ölkədəki yoxsulluq, əhalinin azalması və dövlətin mövcud iqtisadi və sosial siyasətinin iflas etməsi ilə bağlı sərt videoları da Kremldə etirazla qarşılanıb.  

Siyasi analitiklər inanırlar ki, Kommunist Partiyası payız seçkilərində federal mərkəzlə qarşılıqlı əlaqədən(sistem müxalifəti olmaqdan) çıxacaq. Bu isə Putin üçün yaxşı heç nə vəd etmir. Züqanovu Qərbə, ABŞ-ın “çevriliş planlarına”, xarici agenturaya  bağlamaq  mümkün olmayacaq. Kremlin nəzarətindən çıxan Züqanov partiyası isə seçkilərdə həmişəkindən daha çox səs toplaya bilər...(musavat.com)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"