"Bu qanunla əlimiz-qolumuz bağlandı" - İran prezidenti
26 iyul, 2021 00:17
İran Prezidenti Həsən Ruhani ölkəsinə qarşı ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların ləğv edilməməsinə görə İran Məclisini günahlandırıb.
Modern.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, Prezident Həsən Ruhani ölkəsindəki iqtisadi vəziyyəti dəyərləndirib:
“Məclis nüvə haqqında qanunu qəbul edərək, bizə əngəl olmasaydı, keçən ilin sonundan etibarən sanksiyalar ləğv edilmişdi. Qəbul edilən qanunla əlimiz-qolumuz bağlandı”.