“Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil” - Professordan sərt tənqid

01 sentyabr, 2020 01:28

“Payızda vurulan vaksinlər vətəndaşlara öz qiymətinə satılmalıdır”.

Azsiyasət.com xəbər verir ki, bunu tibb professoru Adil Qeybulla deyib.

Professor hesab edir ki, əhaliyə nəinki qrip əleyhinə vaksinlər, hətta immunoqlobulinlər də tətbiq olunmalıdır:

“Yəni orqanizmdə immun sisteminin stimulyasiyası və bədəndə qripə qarşı əks-cisimlərin əmələ gəlməsi məqsəduyğun hesab edilir. Qrip əleyhinə vaksin immun sistemini stimullaşdırır, orqanizmi əks-cisimlərin əmələ gəlməsinə hazırlaşdırır. Bu baxımdan immun sistemi bu cür situasiyalara hazırdır”.

Adil Qeybulla düşünür ki, vaksinin qiyməti, əhali üçün əlçatan olması, testlər kimi qiymət qoyulması, peyvəndin alver predmetinə çevrilməsi kimi bir sıra açıq qalan məsələlər var:

“Bunu yaşayarıq, görərik. Vaksin daha çox risk qrupuna aid olan xəstələrə vurulmalıdır. Yəni yanaşı xəstəliyi olanlar, o cümlədən orqan nəqli edilmiş, immun sistemi xəstəlikləri olan və koronavirusu xeyli ağır keçirmiş xəstələrə vurulması daha məqsəduyğundur. Onlar təkrar virusa yoluxduqda xəstəliyi daha pis keçirməsinlər. Hesab edirəm ki, risk qrupu əvvəlcədən təyin edilməli və o xəstələrə vaksin güzəştli qaydalarla vurulmalıdır. Yəni vaksin insanlar üçün əlçatan qiymətə olmalıdır. Əks halda bu, testlərin gününə düşəcək.

Vaksinlərin pulsuz olması lap yerinə düşər. Amma deməklə olmur... Təyyarə üçün bilet alanları 100 manata test edirdilər. Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil. İngiltərənin vaksinləri elə də baha deyil. Bu peyvəndlər Azərbaycana çox aşağı qiymətə gətirilir. Vaksinləri vətəndaşlara ən azı öz qiymətinə vermək yaxşı olar. Ən yaxşı halda dövlət dotasiya ayıraraq onu lap ucuz qiymətə vətəndaşlara sata bilər”.

Adil Qeybullanın sözlərinə görə, payızın ən böyük problemi koronavirusla ənənəvi mövsümi soyuqdəymə xəstəliklərinin birgə baş verməsi ehtimalıdır: “Differensial diaqnostika üçün xeyli çətinlik yaradan məsələ budur. Ona görə də uyğun təlimatlar işlənib hazırlanmalıdır ki, hansı hallarda insanlar ambulator olaraq təcili yardım və ya sahə həkiminə müraciət etməli, hansı hallarda stasionarda müalicə aparılmalıdır”.

Professor payız-qış mövsümündə virusun aktivləşəcəyini düşünmür: “Hər halda koronavirus mutasiyaya uğrayaraq zəifləyə-zəifləyə gedir. Doğrudur, arada öldürücü təsirləri olur, amma əsas etibarilə virus zəifləyib. Virusun ilin sonundan o tərəfə keçməsi məntiqli görünmür. Çünki bu, təbiət qanunlarına ziddir. Hesab edirəm ki, bu ilin sonunda virus yekunlaşacaq. Amma bu virusun fonunda hər il rast gəlinən hansısa soyuqdəymə xəstəliklərin olması işi çətinləşdirər”.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur".

teleqraf.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"