Şuşa yaxınlığında tutulan erməni: "Nəsə cinayət törətmişəmsə Allah cəzamı versin..." - FOTOLAR

28 iyul, 2021 14:07

Casusluqda, silahlı birləşmə yaratmaqda, dövlət sərhəddini qanunsuz  keçməkdə ittiham edilən iki Ermənistan vətəndaşı -  Davit Davtyan və Gevorq Sujyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bugünkü prosesdə şahid qismində "N" saylı hərbi hissədə xidmətdə olan hərbçi Vidadi Orucəliyev ifadə verib. Şahidin ifadəsinə görə, 2020-ci il noyabrın 11-də, yəni Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından bir gün sonra Şuşa yaxınlığında digər hərbçi yoldaşları ilə birlikdə xidmət apararkən iki nəfər mülki geyimli şəxsin ətrafı  müşahidə etdiyini görüblər.

Şahid daha sonra bildirib:

“Onların Azərbaycan nəzarətində olan ərazilərə nə məqsədlə gəldiklərini öyrənmək üçün hər ikisini saxlamaq qərarına gəldik. Uzaqdan səslənərək yerində dayanmağı əmr etdik. Əvvəlcə qaçıb gizlənmək istədilər, sonra yaxınlıqda olduğumuzu görüb dayandılar. Onları sorğu-sual etdik, özlərini təqdim etmələrini tələb etdik. Bizi başa düşməyib rusca "çto?" dedilər. Biz də rusca özlərini təqdim etməli olduqlarını bildirdik. Biri şəxsiyyət vəsiqəsi, digəri pasport təqdim etdi. Burada nə iş gördüklərini, nə üçün Şuşaya daxil olduqlarını, yeni qurulan mövqelərimizi nədən müşahidə etdiklərini soruşanda  cavab verə bilmədilər, suallardan yayındılar, özlərini müdafiə etməyə başladılar..."

V.Orucəliyev daha sonra deyib ki, hər iki şəxsin özlərini şübhəli aparmaları, Azərbaycan nəzarətində olan mövqelərdə müşahidə aparmaları barədə səlahiyyətli şəxslərə məruzə ediblər və onları müvafiq dövlət strukturunun əməkdaşlarına təhvil veriblər.

Şahid həmçinin qeyd edib ki, hər iki şəxs saxlanılarkən onlardan humanitar yardım aşkarlanmayıb. Bildirib ki, təqsirləndirilən şəxslər saxlanılan yerdən Xankəndi şəhərinə yol yoxdur. Ona görə də onların Xankəndinə yardım aparmaq istədikləri haqda dedikləri düz deyil.  (Təqsirləndirilən şəxslər məhkəməyə verdikləri ifadələrində guya Xankəndinə humanitar yardım apararkən saxlanıldıqlarını deyiblər -red.)

Hakim bildirib ki, digər şahid, polkovnik-leytenant Vüqar Abdullayevin xidməti ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyi haqda məhkəməyə sənəd təqdim olunub. Sənəd "N" saylı hərbi hissənin komandiri tərəfindən göndərilib. Orada deyilir ki, şahid xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdədir,  məhkəmə iclasında yaxın vaxtlarda iştirak edə bilməyəcək. Sənəddən görünür ki, şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, şahid Vüqar Abdullayev də istintaqa anoloji ifadə verib.

Hakim daha sonra cinayət işində olan sübutların araşdırılması mərhələsinin başlandığını elan edib. Bundan sonra işdə olan sənədlər açıqlanıb. Açıqlanan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi Qarabağda gedən döyüşlərdə, hərbi əməliyyatlarda iştirak ediblər.

Cinayət işinin sosial şəbəkəyə baxış keçirilməsi protokolundan görünür ki, üzərində “Gevorq Sujyan” yazılmış diskdə 7 ədəd fotoşəkil aşkarlanıb. Fotoların birində Sujyan əlində snayper tüfəngi, digərlərində isə Davitlə birgə əllərində avtomat silahlarla hərbi geyimdə yer alır. Təqsirləndirilən şəxslər guya bu fotoları hərbi xidmət zamanı çəkdirdiklərini desələr də onların dedikləri qəbul edilməyib.

Daha sonra Sujyan üzünü hakimə tutub "Məni bağışlamağınızı xahiş edirəm" deyib. Davit Davtyan da bağışlanmağını istəyib və bildirib: "Mən də hamıdan üzr istəyirəm, hansısa cinayət törətmişəmsə Allah mənim cəzamı versin. Hər kəsə cansağlığı arzulayıram...”

Məhkəmə istintaqı tamamlanıb. Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib.  Dövlət ittihamçısı Cövdət Mehrəliyev təqsirləndirilən Gevorq Sujyanın və Davit Davtyanın ilk 5 ilini həbsxanada, yerdə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hər ikisinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzaları bitdikdən sonra Azərbaycan hüdudlarından kənara məcburi çıxarılmasını istəyib.

Məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib və bu ermənilərin hərəsinə 15 il həbs cəzası verib. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI